Bakıxanov parkı zülmətə qərq olub, baxan yoxdur – Foto
Bu gün, 12:20
Sabunçu rayonundakı Abbasqulu ağa Bakıxanov adına park axşamlar işıqlandırılmadığı üçün narkotik və içki aludəçilərinin məskəninə çevrilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Sabunçu rayon sakinləri bldiriblər. Onların sözlərinə görə, parkın işıqları xeyli müddətdir yandırılmır. Sakinlər parkın içindən və ətrafından piyada yolu kimi istifadə etdikləri üçün axşamlar problemlə üzləşirlər. Parkda sakinlərin dincəlməsi üçün oturacaqlar, uşaqlar üçün yelləncəklər olsa da, gündüz vaxtı belə sakinlər ora ehtiyatla gedir. Hava qaralandan sonra isə parkın ərazisindən keçmək qorxulu vəziyyətə çevrilib.
Sakinlər lazımi bütün qurumlara dəfələrlə müraciət ediklərini bildirirlər:
“Aidiyyəti orqanların problemdən xəbərsiz olması mümkün deyil, çünki park Sabunçu rayonuna məsul dövlət qurumlarının bir addımlığında yerləşir. Bakıxanovun demək olar mərkəzi yerlərindən biridir. Ancaq baxımsızlıqdan təhlükəli yerə sevrilir”. Gülşən