Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış - 180 min manata yaxın

5-03-2025, 08:32           
Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış - 180 min manata yaxın
Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti PHŞ "Traktor-avtomaşın ehtiyat hissələri və sürtkü materiallarının satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi CASPİAN EXPERT GROUP MMC ilə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, müqavilənin məbləği 46 min AZN-dir (46.046,47 AZN)

Əldə etdiyimiz digər məlumata görə, qalib şirkətin hazırda dövlətə külli miqdarda vergi borcu var. Şirkətin borcu 178 min 655 manat 21 qəpikdir.

Nizamnamə kapitalı 10 AZN olan "CASPİAN EXPERT GROUP" MMC-nin qanuni təmsilçi Aytən Eynullayeva Mirzə Qızıdır.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru