Milli Onkologiya Mərkəzinin girişində xəstə yaxınlarından əlavə ödəniş tələb olunur- İDDİA
Bu gün, 15:34
Milli Onkologiya Mərkəzinin girişində xəstə yaxınlarından əlavə ödəniş tələb olunduğu iddia edilir.
Patrulaz.az-a müraciət edən vətəndaşlar Milli Onkologiya Mərkəzində xəstə yaxınlarına qarşı qanunsuz məhdudiyyətlər tətbiq edildiyini iddia edirlər. Onların sözlərinə görə, gün ərzində bir xəstənin yanına maksimum iki nəfərin buraxılmasına icazə verilir. Əgər üçüncü şəxs və ya daha çox insan xəstəni görmək istəsə, mühafizəçilər onlardan əlavə ödəniş tələb edir. Xəstə yaxınları bunun heç bir hüquqi əsasının olmadığını bildirirlər: “Burada yatanların çoxu ağır vəziyyətdə olan xəstələrdir, bəziləri isə bəlkədə ömrünün son günlərini yaşayır. Onların ailə üzvlərinə və sevdiklərinə ehtiyacı var. Belə bir vəziyyətdə yaxınlarını görmək üçün insanlardan pul tələb edilməsi heç bir yerə sığmır,” – deyə şikayətçilər bildiriblər.
İddialara görə, bu hərəkətlər xəstəxana mühafizəçilərinin təşəbbüsü ilə həyata keçirilir. Vətəndaşlar adiyyatı qurumlardan bu halların araşdırılmasını və xəstə yaxınlarına maneələr yaradılmamasını xahiş edirlər.