İnterpol sabiq rektoru tutdu

11-06-2015, 15:45           
İnterpol sabiq rektoru tutdu
İnterpol tərəfindən axtarışa verilmiş sabiq rektor Riyad Əliyev bu gün səhər saatlarında saxlanılıb

Bir müddət bundan əvvəl Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin qaldırdığı iddia əsasında axtarışa verilən R.Əliyev həbs olunub. Bu barədə JAM.AZ-a Avropadakı mühacirlərdən biri məlumat verib.
Məlumatda deyilir ki, Riyad Əliyev Təfəkkür Universitetinin Kiyevdəki filialına rəhbərlik edib. Özünün bildirdiyinə görə, filiala tələbə qəbulu və Bakıya köçürülməsi işlərinə nəzarət edib. Riyad Əliyevin isə 5 milyon manatlıq mülkünü və pulunu alaraq, geri qaytarmaqdan imtina edib. Qeyd edək ki, Təfəkkür Universiteti Riyad Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verildiyini bəyan edib. Qeyd olunub ki, Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Yasamal rayon məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru