BƏRDƏDƏ OLIMPIADA BIABIRÇILIĞI: İCRA BAŞÇISI KIMDƏN NƏ QƏDƏR ISTƏYIB - ŞOK TƏFƏRUAT

11-06-2015, 22:21           
BƏRDƏDƏ OLIMPIADA BIABIRÇILIĞI: İCRA BAŞÇISI KIMDƏN NƏ QƏDƏR ISTƏYIB - ŞOK TƏFƏRUAT
Bəzi məmurların ölkəmizdə keçiriləcək I Avropa Oyunlıarını qazanc fürsəti kimi görməsi, bu bəhanəylə tabeçiliyində olan işçilərdən qanunsuz vəsaitlər istəməsi artıq günümüzün reallığına çevrilib. Bu zərərli tendensiya açılışına günlər qalan beynəlxalq əhəmiyyətli tədbirə kölgə salmaqla yanaşı, həm də məmurların hansı həddə qədər azğınlaşmasından xəbər verir. Olimpiada biabırçılığının yaşandığı yerlərdən biri isə Bərdə rayonudur.
Bununla bağlı redaksiyaya daxil olan məlumata görə, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Avropa Oyunlarını bəhanə edərək tabeçiliyindəki idarə və müəssisələrdən küllü miqdarda pul tələb edir. Artıq bu tələbin ardıcıl olaraq neçənci dəfədir ki, təkrarlandığını iddia edən mənbəmiz sahibkarların və yerli məmurların cana doyduğunu bildirir: "Hər kəsə aydındır ki, icra başçısı Avropa Oyunlarını bəhanə edərək, məmurlardan daha çox pul qopartmaq istəyir. Elə məmur var ki, ondan bu adla bir neçə dəfə pul alınıb, amma icra başçısı bu günlərdə eyni tələblə çıxış edərək, onlardan yenə pul tələb edib".
Sonda bildirək ki, icra başçısı idarə və müəssisələrdən 5-10 min manat aralığında pul tələb edir. Azerinews.tv-yə icra başçısının hansı idarədən nə qədər pul istəməsi haqda da məlumatlar daxil olub. Pul tələb olunan idarələrin siyahısı və onlardan nə qədər tələb olunması ilə bağlı daha ilginc məqaləni isə yaxın zamanlarda təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.