Abşeronun icra başçısı qətllə bağlı istintaqa çağrıldı - ozəl

12-06-2015, 02:00           

Bələdiyyə sədrinin öldürülməsinə görə dindirilən Zakir Fərəcova ölkədən çıxmaq qadağan edilib

Abşeronun icra başçısı Zakir Fərəcov Saray qəsəbəsinin bələdiyyə sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovun qətli ilə əlaqədar istintaqa çağırılıb. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Zakir Fərəcov qətl işi ilə bağlı dindirildikdən sonra sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub. Qeyd edək ki, artıq bir neçə gündür Vəsilə Həsənova və Vəfadar Həsənovun qətlində Zakir Fərəcovun adı hallandırılır.
Məlumatlarda bildirilir ki, Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirən Fədai Hüseynov bir vaxtlar Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib. Onun qardaşları isə Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Zakir Fərəcovun Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru