Tovuz meşələrini dayanmadan qırırlar

12-06-2015, 11:46           
Tovuz meşələrini dayanmadan qırırlar
Tovuz sakinin ürək ağrıdan yazısını teref.az olaraq sizə çatdırırıq. Bu gün Tovuzda gedən çeşə qırğınlarından dəfəlrlə yazmışdıq.
Tovuzun dağlıq ərazilərindəki meşələr məhv edilməkdə davam edir. Axıncı dərəsi boyunca bütün meşələrin yerində ancaq kötüklər görünür. Əlcatmaz yüksəkliklərə və sildirim dərələrə açılan yollar, bu sərhədd əraziləri düşmənlərdən qorumaq yox, daha çox buradakı ağacları cixarmaq üçün iritonajlı maşın və texnikanın rahat işləməsi üçündür. El arasında "Belinə örkən çatmaz" deyilən nəhəng palıd ağaclarından nümunə üçün biri də qalmayıb. Bu soyqırımı həyata keçirənlər və onların havadarları yəni bu qədərmi qudurub? Bu qədərmi özlərinə arxayındırlar? Bu qədərmi Allah qorxusundan uzaqdırlar? Tovuz rayon İH, Tovuz meşə təsərrüfatı idarəsi, Müdafiə Nazirliyinin o ərazilətrdəki bölmələri, Təbiəti mühafizə idarəsi, Təbii sərvətlər nazirliyi və bir cox, qanun, haqq, vicdan tanimayanlar və onların idarə etdiyi qurumların bu işdə birbaşa və ya dolayısıyla əli var. Meşələrimizi, o cümlədən nadir vələs, göyrüc, çökə, palıd, qozqara, fıstıq və s. ağacları əlil edənlərin etdikləri ermənilərin Topxanada etdiklərindən qat-qat çoxdur. Oranı dağıdan düşmən idi deyə, hardasa bir don geyindirmək olurdu. Burda özümüzünkülərə nə düyəsən?! Hakimiyyətin və qanunun gücü yetməyən bu şeytanlardan Allahındamı xəbəri yoxdur?.. Yetər!!!
Tovuzun dağlıq ərazilərindəki meşələr məhv edilməkdə davam edir. Axıncı dərəsi boyunca bütün meşələrin yerində ancaq kötüklər görünür. Əlcatmaz yüksəkliklərə və sildirim dərələrə açılan yollar, bu sərhədd əraziləri düşmənlərdən qorumaq yox, daha çox buradakı ağacları cixarmaq üçün iritonajlı maşın və texnikanın rahat işləməsi üçündür. El arasında "Belinə örkən çatmaz" deyilən nəhəng palıd ağaclarından nümunə üçün biri də qalmayıb. Bu soyqırımı həyata keçirənlər və onların havadarları yəni bu qədərmi qudurub? Bu qədərmi özlərinə arxayındırlar? Bu qədərmi Allah qorxusundan uzaqdırlar? Tovuz rayon İH, Tovuz meşə təsərrüfatı idarəsi, Müdafiə Nazirliyinin o ərazilətrdəki bölmələri, Təbiəti mühafizə idarəsi, Təbii sərvətlər nazirliyi və bir cox, qanun, haqq, vicdan tanimayanlar və onların idarə etdiyi qurumsaq qurumların bu işdə birbaşa və ya dolayısıyla əli var. Meşələrimizi, o cümlədən nadir vələs, göyrüc, çökə, palıd, qozqara, fıstıq və s. ağacları əlil edənlərin etdikləri ermənilərin Topxanada etdiklərindən qat-qat çoxdur. Oranı dağıdan düşmən idi deyə, hardasa bir don geyindirmək olurdu. Burda özümüzünkülərə nə düyəsən?! Hakimiyyətin və qanunun gücü yetməyən bu şeytanlardan Allahındamı xəbəri yoxdur?.. Yetər!!!

E.Tovuz
Bizdə teref.az olaraq deyirik yetər. Artıq bu məsələyə yuxarı instansiyaların reaksiya verməsinin vaxtı çatıb.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.