Ağdamda anarxiya hökm sürür - Başçı və oğlu belə istəyir

17-06-2015, 11:07           
Ağdamda anarxiya hökm sürür - Başçı və oğlu belə istəyir
Artıq uzun illərdir ki, Ağdamın və ağdamlıların taleyinə məcburi köçkün həyatı yaşamaq yazılmağı ilə yanaşı, həm də paylarına fəaliyyətsiz və laqeyid rayon rəhbərləri də düşüb. Heç bir şikayətlərinin və problemlərinin həllini tapmamasını da bu səbəblə əlaqələndirirlər. Yataqxanalarda, yaşanılması mümkünsüz olan digər ünvanlarda ölməmək üçün mübarizə aparan məcburi köçkünlərin belə ağır vəziyyəti ilə nəinki maraqlanılmır, rayon rəhbərliyində təmsil olunan səlahiyyət sahibləri öz həyat şəraitini durmadan daha komfort yaşam tərzinə doğru artırmaqdadırlar.

Qışın fəsadları qarşısında tab gətirməyən belə ailələrdən biri də Binəqədi rayonu ərazisində bir idarə binasına sığınan, yaşadıqları yerdə yağış sularına tab gətirməyərək daman bir daxmada həm soyuğun sərt ayazı, həm də yuxarıdan şoralanan yağış suları altında fəryad qopardığı bir vaxtda eyni rayondan olan digər ağdamlı məcburi köçkünün səngərdə əsgərlərlə poz verib şəkil çəkdirməsi, hələ bu harınlığı azmış kimi, sanki digər səfalət içərisində yaşayan insanlara acıq verirmiş kimi bunu sosial şəbəkələrdə paylaşması ağdamlıların haqlı olaraq ciddi etirazına səbəb oldu.

Bu hadisədən əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən cəbhə xəttində foto və videoçəkilişlərin aparılması qadağan edilirdi. Hətta cəbhəyanı rayonların rəsmiləri də oraya ezam olunmuş jurnalistlərə çəkiliş aparmalarını qadağan edərək, bunun sərəncamla tənzimlədiyini dəfələrlə bildiriblər.Bütün bu sadaladıqlarımızın cəzasız qalması səbəbindəndir ki, Raqub Məmmədovun yaxın qohumları bütün idarə və müəssisələr aylıq xərac da kəsiblər. Heç bir əndazəyə sığmayan idarəetməçiliyi ilə qısa müddətdə Ağdamda sözün həqiqi mənasında anarxiya yaratmağı bacaran Raqub Məmmədovun oğlu Sənan Məmmədov da atasından geri qalmır. Ağlının kəsdiyi və kəsmədiyi bütün işlərə bulaşan, özünü oliqarx övladları ilə eyni tərəziyə qoyan Sənanın hərbi hissədə çəkdirib paylaşdığı fotolar da buna sübutdur.Deyilənlərə görə Sənan özünü hər zaman Ziya Məmmədovun oğlu Anara bənzətmək istəyib. Raqub Məmmədova xatırlatmaq istəyirik ki, Nizami Sadıqov məhz işinə göstərdiyi məsuliyyətsizliyin qurbanı oldu. Yeni başçı bu aqibətin acı nəticələrini dadmaq istəmirsə, o zaman var gücü ilə çalışıb ölkə başçısının etimadını doğrultmalıdır. Əks təqdirdə, onu da sələfinin taleyi gözləyə bilər. Biz Raqub müəllimə işlərində uğurlar diləyirik.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.