İşğal edilmiş ərazilər… – Müharibə daha 2 il DAVAM EDƏCƏK

7-03-2017, 22:14           
İşğal edilmiş ərazilər… – Müharibə daha 2 il DAVAM EDƏCƏK
“Donbasda müharibə daha 1,5-2 il davam edəcək”.

teref.az xəbər verir ki, bu haqda Online.ua saytına müsahibəsində Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov deyib.
“Mən heç bir informasiya malik deyiləm. Mənim hisslərimə görə, müharibə daha 1,5-2 il davam edəcək”, – deyə Biryukov bildirib.
Onun fikrincə, işğal edilmiş ərazilərin Ukrayna tərkibinə reinteqrasiyası problemsiz keçə bilər. O, nümunə olaraq Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsini göstərib:
“Almaniya indiyə qədər hansı problemləri hiss edir? Problem yoxdur. Divarı yıxdılar və sərhədi götürdülər. Göstərməyə başladılar ki, normal yaşamaq olar”.
Biryukovun fikrincə, işğal edilmiş ərazilərin reinteqrasiyası prosesində Ukraynanı gözləyəcək tək problem maliyyə çatışmazlığı ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru