ANS məhkəmədə qalib gəldi

7-03-2017, 22:26           

Məhkəmə prosesi bu gün keçirilib

ANS Kommers Şirkəti tərəfindən “A.K.İ. İnter” MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi tələbi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırılıb.

İstiPress-in məlumatına görə, hakim Hökümə Babayevanın sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində keçirilən bu günki məhkəmə iclasında “ANS Kommers” Şirkətinin iddia tələbi qismən təmin edilərək, cavabdeh “A.İ.K. İnter” MMC-dən iddiaçı “ANS Kommers” Şirkətinin xeyrinə 3 280 manat əsas borcun, 200 manat məbləğində cərimə məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru