Bərdədə əxlaqsızlıq yuvasını işlədən özünü polis kimi təqdim edir -VİDEO+FOTO

9-03-2017, 09:59           

Son illər Daxili İşlər Nazirliyinin təqdirəlayiq tədbirləri sırasında mənəviyyata zidd əxlaqsızlıq yuvalarının nəzarətə götürülməsi məsələsi var. Bu tədbirlərin nəticəsində ölkəmizdə olan əxlaqsızlıq yuvalarına qarşı aparılan ciddi mübarizəni heç də danmaq olmaz. Lakin nə qədər mübarizə aparılsa da, yenə də bu hallara rast gəlinir. Aydındır ki, insan alveri külli miqdarda qazanc gətirir. Buna görə də qadın dəllalları qanunun sərtliyinə baxmayaraq yenə də kafe, sauna kimi iaşə obyektlərini əxlaqsızlıq yuvalarına çevirməkdə maraqlı olurlar.Bərdə rayonunda isə fəaliyyət göstərən əxlaqsızlıq yuvasında isə açıq aydın bazardı.Dəfələrlə Bərdə rayonu Əyricə yolu deyilən yerdə Əlkbərin kafesi adlanan əxlaqsızlıq yuvası haqqında yazmışıq.Hətta bu yazımız barəsində 2016-cı ilin yanvarında daxili işlər nazirliyinə məlumat vermişdik. Amma dəyirman öz bildiyin edir çax -çax baş ağrıdır...Bərdə rayonunda yeni rəis təyin olunsada, yenə də heçnə dəyişmədi.Əlkbərin kafesi adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasında qadın alveri tüğyan edir.Xəstəlik və infeksiya mənbəyi olan bu kafe də fəaliiyətini davam etdirir.Əxlaqsız yuvasının fəaliyyətini üzə çıxarmaq üçün fevral ayında Bərdə rayonu polis idarəsinin əməlliyat qruppası ilə adı çəkilən əxlaqsızlıq yuvasına reyd olundu və orda bizə özünü Ələkbərin şəriki və polis işçısı kimi təqdim edən naməlum şəxs haqqında Bərdə rayon polis idarəsinə məlumat verdik.Amma bu barədə həmin şəxs haqqında heç bir tədbir görülmədi.Əxlaqsızlıq yuvası öz fəaliyyətini davam etdirir..Özünü polis kimi təqdim edən şəxsdə həmin əxlaqsızlıq yuvasına kuratorluq edir.Kafenin sahibi Ələkbər bizə maraqlı cavab verdi: "Mən 6 aya 10000 pul verirəm pulu alanlar bilmir ki,mən bunu hardan qazanıram? Odur ki,nə istəyirsiniz edin ".Özünü polis kimi təqdim edən Ələkbərin şəriki isə çəkliş qruppamıza hücum edib,mənə heç kəs heçnə edə bilməz.Görünür düz deyirlər,əgər göz görə polis cinayətə göz yumursa burda hansısa maraqlar var.BakuPress.az-ın araşdırmasına görə, bu obyektə hər yaşda qadınlar qadınlar gətirilir. Aralarında hətta azyaşlı və həddi buluğa çatmamış qızlar da var. Qeyd edək ki, kafenin əxlaqsız yuvaya çevrilməsindən sahə müvəkkilindən tutmuş polis rəisinədək hamının xəbəri var. Ancaq heç bir tədbir görülmür. Kafenin infeksiya ocağı olması, müştərilərinin SPİD xəstəliyinə yoluxması da hüquq –mühafizə orqanlarını narahat etmir.

Bizi isə aşağıdakı sual narahat edirdi: necə olur ki, daxili işlər naziri cənab Ramil Uusubov Azərbaycanda baş verən bu cür hallara qarşı geniş mübarizə aparılmasına tapşırıq verir, Bərdə Rayon Polis Şöbəsi isə bu əxlaqsızlıq yuvasına “göz yumur”?Özünü polis əməkdaşı kimi təqdim edən əxlaqsızlıq yuvası işlədən həmin şəxsin maşının və özünün fotolarını və videonu sizə təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=ealrJFlfBS8]















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.