Elmar Vəliyev Müstəqim Məmmədovu "vurdu"-Xalası oğlu başçı gətirilir-İDDİA
10-03-2017, 10:11

Ölkə mətbuatında adı bir çox neqativ olaylarda hallanan və qalmaqallı hadisələrdə adı birinci çəkilən Tərtər rayon icra başçısı Müstəqim Məmmədova yolun sonu göründü.
Onun yerinə isə Elmar Vəliyevin yaxın qohumu təyin olunacağı gözlənilir.
Mehman Allahverdiyev kimdir?
Tərəfdar.az-a bunun səbəbləri haqda danışan mənbənin sözlərinə görə,Müstəqim Məmmədov Tərtər rayon icra hakimiyyətinin başçısı postuna təyin olunandan inidyənə qədər “abadlıq və quruculuq” adı altında talançılıqla məşğul olduğu bildirilir.
Müstəqim Məmmədovun rayonda fəaliyyəti sıfıra bərabərdir. Tərtər rayonun sosial-iqtisadi inkişafına ayrılmış dövlət vəsaitlərini kağız hesabatlara yerləşdirilməsi başçının ən yaxşı gördüyü işlərdən biridir. Elə ölkə mətbuatında da Müstəqim Məmmədov haqda yazılanlar bunları tam təsdiqləyir. Başçı haqda internetdə araşdırma aparsaq nə qədər neqativ yazılar yazıldığının şahidi olarıq.
Etibarlı mənbələrədn əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Müstəqim Məmmədov vəzifəsindən uzaqlaşdırılacaq.
Tərəfdar.az bir çox saytlarda yazılanlara istinadən xəbər verir ki, Müstəqim Məmmədovun yerinə təyin olunacaq şəxs Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olacağı bildirilir.
Mehman Allahverdiyev kimdir? Elmar əliyevin xalası oğlur və Yevlaxın icra başçısı Qoca Səmədovun sağ əli…
Tərəfdar.az-ın məlumatına görə, Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevdən Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə məktublar ünvanlanır.
Məlumata görə, maliyyə rəisi Yevlaxdan Bərdəyə təyinat aldıqdan sonra sələfi Rza Əliyevə rəhmət oxudur. Mehman Allahverdiyevin dövründə vəziyyət daha da pisləşib.
Büdcə təşkilatları ölkədə maliyyə sabitliyinin pozulduğu zamanda rəisin hərəkətlərindən cana doyub və PA-ya gizli müraciətlər göndərir. Əldə etdiyimiz bilgiyə görə, onun rayonda hegemonluq etməsinin səbəbi Gəncənin icra başçısı Elmar Vəliyevin xalası oğlu olmasıdır…
Gördüyünüz kimi, Müstəqim Məmmədova rəqib çıxardılan Mehman Allahverdiyev də “ağ” kağız deyilmiş…
Sonda onu da vurğulayaq ki, artıq iki rayonun icra başçısı soyuq savaşa start veriblər. Elmar Vəliyev və Müstəqim Məmmədov…
Kim qalib gələcək?
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.