İstintaqın rəisi jurnalisti xəstəxanalıq edib - CƏLİLABADDA

10-04-2017, 08:48           

Cəlilabad rayon sakini "Regionun Səsi" qəzetinin baş redaktoru, Respublika yazıçılar birliyinin üzvü və hüquqşünas Asif Həsənlini Cəlilabad rayon İsintaq bölməsinin rəisi Eldar Məmmədov vurub. Bu barədə məlumatı Xeberdar.net-ə Asif Həsənlinin yaxınları bildirib.

Məlumata görə, 09.04.2017ci il tarixində axşam saatlarında Cəlilabad rayon Kral istirahət mərkəzində Rayon İsintaq bölməsinin rəisi Eldar Məmmədov içdiyi spirtli içkinin butulkası ilə Jurnalist Asif Həsənlini vuraraq baş beyin nahiyyəsinə ağır xəsarət yetirib. Hazırda junalistin vəziyyəti ağırdır. Bununla kifayətlənməyən Eldar Məmmədov daha bir zərbəni endirmək üçün rayon sakini Rizvan Məmmədovu qızışdırmış və növbəti zərbəni də Rizvan Məmmədov jurnalistə vurduğu iddia edilir.

Hazırda baş redaktor Asif Həsənlinin vəziyyəti ağırdır. Jurnalistinin səhəti ağır olduğundan təcili paytaxt xəstəxanasına gətirilir.

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiyadan: Yazıda adı qeyd edilən şəxslərdə dinləməyə hazırıq.
Xeberdar.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru