İlham Qasımovun təcridaxanada qumar əyləncəsi və general Ceyhun Həsənova atılan 500 min manat
12-04-2017, 09:53

“İş adamı” əmlaklarının satışa çıxarılmasından niyə qorxur?
Fırıldaqçı iş adamı saxta xəstəlik adı ilə Penitensiar xidmətin xəstəxanasında özünə dəm-dəsgah qurub
Dələduzluq və fırıldaqçılıq üstündə 12 il həbsə məhkum edilmiş “Real” MTK-nın sahibi iş adamı İlham Qasımovun dələduzluqları sərhəd tanımır. İlham Qasımov bir çox sahibkarların, vətəndaşların və vəzifəli şəxslərin ona olan inamından sui-istifadə edərək milyonlarla manat vəsait ataraq “varlanıb”. Saytımıza daxil olan məlumatda bildirilir ki, İlham Qasımovun dələduzluğundan əziyyət çəkənlərdən biridə Penitensiar Xidmətin rəisi general Ceyhun Həsənov olub. İlham Qasımova yaxın olan bir iş adamının verdiyi məlumata görə dələduz iş adamı generala bir neçə il bundan öncə 500 min manat pul atıb. Həmin hadisənin şahidi olan mənbəmiz iddia edir ki, iş adamını generalla başqa bir general tanış etmişdi və sonralar Qasımovla Ceyhun Həsənov arasında isti münasibətlər yaranıb. Bu münasibətlərin yaranmasınıda məhz dələduz iş adamı özü təşkil edib. Aralarında yaranan yaxşı münasibətdən sonra isə İlham Qasımov generalı özünün hər zamankı torbasına “salıb”. Mənbəmiz dırnaqarası iş adamının generala tikinti işində şəriklik təklif etdiyini lakin Ceyhun Həsənovun bunu qəbul etmədiyini deyir.

Generalın şərikliyi qəbul etməməsinin səbəbi isə Qasımovun dediyi milyonlarla manat sərmayəsinin olmaması olub. Generalın rədd cavabındna sonra dələıduz iş adamı Ceyhun Həsənova təklif edib ki, “Real” MTK-nın gələcəkdə tikdiyi binalardan ucuz qiymətə mənzil və obyekt alsın. İlham Qasımovun bu sərfəli təklifini nəzərdən keçirən general isə razılaşıb. Gələcəkdə tikiləcək binada 2 mənzil və 1 obyekt alacağını düşünən general iş adamına 500 min manat verdiyi deyilir. Mənbə bildirir ki, generalı yarım milyon vəsiati verdikdən bir neçə il keçməsinə baxmayaraq bina tiklmir və Ceyhun Həsənov aldaıldığını başa düşür. Lakin məsələnin qalmaqala çevriləməməsi üçün pulunu İlham Qasımovdan sakitcə istəmək qərarına gəlir. Ancaq hər zaman ŞANTAJLA məşğul olan və YALANLAR danışmaqda mahir olan İlham Qasımov generalı müxtəlif yollarla sakitləşdirməklə vaxt qazanır. Deyilənə görə iş adamı general Ceyhun Həsənovun 500 min manatını həbsə girməmişdən 2 həftə öncə ödəyir. Çünki ondan edilən şikayətlərə görə həbsə girəcəyini öncədən bilən İlham Qasımov Penitensiar xidmətin rəisi təyin edilmiş Ceyhun Həsənovla münasibətlərini yaxşılaşdırmaq qərarına gəlir. Aldığımız məlumata görə iş adamı həbsə girəndən bir müddət sonra generala bahalı bir neçə hədiyyə göndərərək Penitensiar xidmətdə vəziyyətini dahada yaxşılaşdırır. Buna misal olaraq ilk əvvələr Kürdəxanı müvəqqəti təcridxanasında cəza çəkən İlham Qasımovun burada müxtəlif QUMAR MƏCLİSLƏRİ qurması səs küyə səbəb olmuşdu. İndi isə SAXTA XƏSTƏLİK adı ilə Penitensiar xidmətin xəstəxanasında qalan İlham Qasımov yenədə kefindən qalmır. (Qeyd edək ki, İlham Qasımovun Penitensiar xidmətin xəsətxanasında necə və hansı yollarla qalması barədə yaxın günlərdə oxucularımıza ilginc məlumatlar verəcəyik)
İlham Qasımovun atdığı digər şəxs isə Türkiyədə yaşayan və Azərbayacana böyük sərmaye yatırımı qoymaq istəyən tanınmış iş adamı Ahmed Mərcandır. Məlumata görə Qasımov Türk iş adamına keçmiş ortağı, Komitə sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla birlikdə atıb. Türk iş adamı Ahmed Mərcansoya isə İlham Qasımovla şərikinin ümumilikdə 3,7 milyon manat atdığı bildirilir.
Aldığımız məlumata görə, iş adamını təcridxanada tez-tez ziyarət edənlərdən biridə proqram Namiqdir. Vaxtı ilə müxtəlif qadın məclislərinin təşkil edilməsində İlham Qasımova yardım edənin proqram Namiq olduğu deyilir. Ancaq hər zaman qumarbaz və qadın düşkünü olan İlham Qasımov yenədə özünün köhnə ampulasından geri qalmır. Bu dəfə isə proqram Namiqin Qasımova və digər şəxslərə qız apardığı və hətta bu məsələdən iş adamının yaxşıca pul qazandığı deyilir.
İş adamı İlham Qasımovun mal-mülkünün bir hissəsi barədə qısa məlumat vermişdik. Vətəndaşlara və iş adamlarına ataraq dırnaqarası milyonçuya çevrilən İlham Qasımov indi cəzaçəkmə müəsisəsində özünü YALANDAN XƏSTƏLİEYƏ vurararaq vəziyyətdən çıxmaq istəyir. Çünki məhkəmə tərəfindən çıxarılan qərara əsasən İlham Qasımov ATDIĞI milyonları geri qaytarmalıdır. Qaytarmadığı təqdirdə onun və ailəsinin adına olan əmlaklar hərraca çıxarılaraq satılacaq. Əslində hüquq mühafizə orqanları İlham Qasımovun əmlaklarına çoxdan həbs qoyub satmalıydı. Çünki aldaılan vətəndaşlar, iş adamları Qasımovdan illərdir pullarını tələb edirlər. Biz buradan Ədliyyə naziri Cənab Fikrət Məmmədova, Baş Prokror cənab Zakir Qaralova və aidiyyatı qurumlara müraciət edərək Qasımovlar ailəsinə məxsus əmlaklara həbs qoyulmasını və hərraca çıxarılaraq satılmasını xahiş edirik. Çünki hər zaman müxtəlif yollarla cinayətdən yaxasını qurtaran İlham Qasımovun bu dəfədə atdığı pulları geri qaytarmaq istəmədiyi bildirilir. Məhz buna görədə İlham Qasımov ailəsinin adına olan əmlakları müxtəlif yollarla başqa başqa şəxlərina dına keçirtmək və satmaq istəyir. Amma Azərbaycan hər zaman qanunun aililiyinə inanırıq və ümid edirik ki, iş adamı İlham Qasımovun əmlakları hərraca çıxardılaraq milyonlarla manat dəyərində ziyan çəkmiş iş adamlarının pulları ödəniləcək. Onud aqeyd edək ki, növbəti yazımızda İlham Qasımovun Penitensiar xidmətdə kef çəkməsi və halından məmnun olması barədə oxucularımıza məlumat verəcəyik. Həmçinin fırıldaqçı, iş adamının digər əmlakları barədə danışacağıq.
Növbəti yazımızda bunları biləcəksiniz:
– İlham Qasımov həbsdən qurtulmaq üçün kimləri qurban vermək istəyir?
– iş adamı təcridxanada özünə təmtəraqlı şəraiti necə yaradıb?
– Fırıldaqçı iş adamı təcridxana rəisinə hər ay 5 min manat rüşvət verir?
– İlham Qasımov saxta xəstəlik arayışını almaq üçün nə qədər rüşvət verib?
mənbə:http://yenifikir.de
teref.az olarq adları çəkilən hər bir şəxsin fikirlərini işıqlandırmağa hazırıq!