Gəncədəki valyuta fırıldaqçıları ilə bağlı yeni xəbər var
13-04-2017, 09:14

Gəncə polisi niyə Fuad Musayev və Bəxtiyar adlı bankirlərin Sərdar adlı işçilərini niyə gizlətdiklərinin sirrini aça bilmir???
Xəbər verildiyi kimi, ölkə KİV-ləri bu ilin yanvarın 10-da Gəncə sakinlərinin böyük fırıldaqla üzləşməsi barədə məlumat yaymışdır. Məlum olurdu ki, Gəncə sakinləri böyük fırıldaqla üz-üzə qalmışdır. Belə ki, valyuta fırıldağının qurbanı olan şəhər sakinləri bildiriblər ki, onlar uzun müddət Gəncə şəhərində valyuta mübadiləsi (exchange) biznesi ilə məşğul olan Fuad Musayev və Bəxtiyar adlı şəxsin dələduzluğu ilə üzləşiblər.
Bəs onlar necə tora düşüblər? Zərərçəkənlərin sözlərindən aydın olurdu ki, Fuad Musayev və Bəxtiyar adlı şəxs valyuta bazarında yaranmış qarışıqlıqdan istifadə edərək, çoxlu sayda Gəncə şəhər sakinindən uyğun qiymətə dollara çevirəcəkləri vədi ilə külli miqdarda manat toplayıblar, hansı ki, bu məbləğ milyon manatla ölçülüb. Bir müddət sonra isə vətəndaşlar Fuad Musayev və Bəxtiyar adlı şəxsdən verdikləri vəsaitin dollarla qarşılığını istədikdə qəribə cavab eşidiblər. Guya onlar topladıqları pulları Sərdar adlı əməkdaşlarına veriblər, Sərdar isə pulları götürərək qaçıb. Vətəndaşlar isə bildirir ki, bu cavab sadəcə bəhanədir. Fuad Musayev və Bəxtiyar cütlüyü Sərdar adlı şəxsi özləri gizlətməklə, vətəndaşlardan topladıqları pulu mənimsəmək istəyirlər. Məlumatlara görə, Fuad Musayev və Bəxtiyar adlı şəxs Gəncədə böyük biznes şəbəkəsinə malikdir. Onlar eyni zamanda külli miqdarda məbləği vergidən yaydırmaqda ittiham olunurlar. Məlumatlarda oda bildirirdi ki, Bəxtiyar adlı şəxs Baş Nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumudur (Editor.az). Bundan əlavə, Fuad Musayev indi özü də vətətəndaşlardan gizlənir. Adı vətəndaşlara qarşı dələduzluqda halanan Fuad Musayev «BTB bank»ın Gəncə filalının müdiridir. Mənbənin sözlərinə görə, hazırda vətəndaşların şikayəti əsasında faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırmalar aparılsa da, hələki konkret bir nəticəyə gəlinməyib.
Valyuta fırıldaqçıları ilə bağlı yeni xəbər var…
Bu gün «Təzadlar»ın elektron poçtuna isə yuxarıda qeyd olunan dələduzluqla bağlı maraqlı məlumat-məktub daxil olub. Məktubda yazılır: «Salam, mən bir neçə ay bundan öncə Gəncə şəhərində yerləşən, Fuad və Bəxtiyar adlı şəxslərin valyutadəyişmə obyektindən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən, həm də həmin obyektdə Fuad və Bəxtiyarın işçisi olan Sərdarın yaxın dostuyam, xaricdə yaşayıram. Sərdar bütün bunlar barədə Sizə yazmağımı məndən xahiş etdi. Sərdar iddia edir ki, o heç bir şey oğurlamayıb, «…Bütün oğurlanan pullar Fuad və Bəxtiyardadır, mən isə niyə gizlənirəm, bunun səbəbini siz onlardan soruşun. Fuad və Bəxtiyarın qurduğu planın qurbanı mənəm, milyonlarla dollar pulu mənimsəyən iki nəfərdir, Fuad və Bəxtiyar. Pullar əsasən qeyri-qanuni yolla qazanılmış, sələmə yatırılan və dövriyyəyə buraxılan pullar olduğundan əsl pul sahibləri heç vaxt hüquq-mühafizə orqanlarına müraciət etməyəcəklər, bunun nəticəsində də hər iki fırıldaqçı və oğru Fuad və Bəxtiyar rahat şəkildə fəaliyyətlərini davam edirlər. Bu oğurluq hadisəsinin digər iştirakçıları barədə əlimdə olan informasiyanı da sizə yaxın müddətdə ötürəcəyəm. Hörmətlə, Sərdar».
Redaksiyadan: hesab edirik ki, bu qeyri-adi dələduzluq cinayətini araşdıran Gəncə şəhər Polis İdarəsinin müstəntiq və ya təhqiqatçıları bu informasiyadan da bəhrələnərək məlum dələduzluqda adı hallanan Fuad Musayev və Bəxtiyar adlı şəxslərin Sərdar adlı işçilərini niyə gizlətdiklərinin sirrini aça biləcəklər.
Daha ətraflı yazı "Təzadlar"ın sabahkı sayında dərc olunacaq.
Mövzuya qaydacağıq.