Rusiyada Habil Vəliyevin müdafiə mitinqini hansı məmur maliyyələşdirib? - VİDEO
29-04-2017, 11:25

Xəbər verildiyi kimi, ötən ilin dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları vətəndaşları şantaj etməklə məşğul olan bir qrup «jurnalist» dəstəsini həbs etdi. Onların arasında daha çox diqqəti çəkən isə «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev idi. «Pravdainfo.org»un apardığı kiçik bir araşdırma maraqlı məqamları üzə çıxardı. Məlum olur ki, Habil Vəliyevin həbs müddəti daha 4 ay uzadılıb və onunla bağlı çoxsaylı epizodlar istintaq olunmaqdadır. Lakin bu günlərdə o da məlum oldu ki, dörd aydan çoxdur DTX təcridxanasında saxlanılan "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin Rusiyanın Sankt-Peterburq şəhərində Rusiyanın 6 ictimai hərəkatının, həmçinin "Qolos Narodov" İctimai Hərakatın, Regional İctimai Hərakatın, Rusiyanın Çeçen Diasporu Nümayəndəliyinin və s. təşkilatların rəhbərlərinin iştirakı ilə genişləndirilmiş müdafiə mitinqi keçirilib... Saytımızda yerləşdirilmiş həmin mitinqin videosundan da görünür ki, xanım aparıcısı Habil Vəliyevin həbsini Azərbaycanda söz azadlığının kobud surətdə pozulması, jurnalistlərin hüquqlarının ciddi şəkildə pozulması kimi təqdim edir, Haabil Vəliyevi Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan patriot kimi qələ verir, sonra Azərbaycan Prezidentindən Habil Vəliyevin dərhal azad edilməsini tələb edir... Habil Vəliyevi Azərbaycanın söz və mətbuat azadlığının xilaskarı kimi təqdim edən aparıcı xanım bildirir ki, guya Habil Vəliyevin həbsi Laçın rayonunun sabiq İH başçısı R.Cəbrayılovun şikayəti əsasında baş tutub. Digər çıxışçılar da Habil Vəliyevin həbsini qəti pisləyir, Azərbaycan hakimiyyətini sərt tənqid edir, siyasi tələblərlə çıxış edirlər, həmçinin Zəngilan-Qubadlı dairəsindən millət vəkili seçilmiş İmamverdi İsmayılovu sərt tənqidə məruz qoyurlar... Mitinqdə çıxış edən digər liderlər ardıcıl olaraq Azərbaycan əlehinə sərt siyasi çıxışlar edir, təkrarən Habil Vəliyevin dərhal həbsdən azad olunmasını tələb edirlər.
Xatırladırıq ki, "Qolos Narodov" İctimai Hərakatın rəhbəri, əslən Qubadlı və ya Zəngilandan olduğu bildirilən Ədalat Qəmbərovun təşkilatçılığı ilə baş tutan mitinqdə o, Habil Vəliyevin azadlığını tələb edən fərdi video-müraciət də edərək Azərbaycan Prezidentindən H.Vəliyevin dərhal buraxılmasını tələb edir, Rusiya Prezidenti V.Putinin bu məsələdə təsir göstərməsi xahiş edir.
Bəs bu mitinqi kimlər maliyyələşdirib?
Təbii ki, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və dostluq prinsiplərinə qəti uyğun gəlməyən, əksinə, bu münasibətləri zədələyən bu mitinq küllii miqdarda maliyyə vəsaiti hesabına baş tutmuşdur. Bəs bu maliyyəni Azərbaycandan hansı məmurlar edə bilərdi? Bu suala cavab tapmaq üçün «Gündəlik Bakı» qəzetinin arxiv materiallarına diqqət etdik… Orada H.Vəliyev tərəfindən daha çox müdafiə edilən, hətta Habil Vəliyevin açıq tekstlə müdafiəsinə qalxdığı 3 şəxsin adına daha çox rast gəldik. Onlar Daşkəsən RİH-nin icra başçısı Əhəd Abıyev, tanınmış şair-xeyriyyəçi Gülağa Tənha və «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyevdir… Maraqlıdır ki, hətta çoxsaylı məqalələrində H.Vəliyev adları çəkilən şəxsləri canfəşanlıqla müdafiə edərək, hətta «Təzadlar» qəzetini sərt tənqid edir, onun rəhbərliyindən bu şəxslərin əleyhinə dərc olunmuş məqalələrin dayandırılması tələb olunur.
«Habil Vəliyev şəxsən məni müntəzəm olaraq şantaj edib, təhdidləyərək Vaqif Şıxəliyevdən yazmamağımızı tələb edirdi…».
Bu incə məqama aydınlıq gətirmək üçün «Təzadlar»ın baş redaktoru Asif Mərziliyə müraciət etdik. Baş redaktordan əvvəlcə Rusiyanın ikinci paytaxt şəhəri olan Sankt-Peterburqda Habil Vəliyevin müdafiə mitinqinə münasibətini öyrəndik. «Təsəvvür edirsinizmi, Rusiya-Azərbaycan münasibətlərinə ağır zərbə vurulmasına, Azərbaycanın siyasi hakimiyyətinin əleyhinə hesablanmış belə bir siyasi çağırışlı aksiyanı təşkil etmək külli miqdarda maliyyə və sosial güc tələb edir… Deməli, bu işdə böyük məbləgdə pulundan keçrək risqə atılanlar var… Bunu isə istintaq müəyyən edə bilər», -deyə baş redaktor bildirdi.
«H.Vəliyevin rəhbəri olduğu qəzetdə sizin barənizdə çoxsaylı sərt məqalələr dərc olunub. Həmin məqalələrdə Vaqif Şıxəliyev, Əhəd Abıyev kimi tanınmış isimlər müdafiə olunur, sizdən isə onların barəsində dərc etdirdiyiniz məqalələrin dayandırılması tələb edilir. Həmçinin Gülağa Qənbərov müdafiə edilir, təriflənir… Bu isə o demək deyilmi ki, H.Vəliyevin müdafiə etdiyi həmin şəxslərlə sıx münasibəti olub?», -sualımıza baş redaktor belə cavab verdi: «…Habil Vəliyevlə münasibətlərimizin, belə desək, korlanmasının səbəbkarı da elə bu şəxslər barədə qəzetimizdə dərc olunmuş tənqidi məqalələr olub… Belə ki, 2015-ci ilin martın 26-da Sabirabad rayonunun Xankeçən kənd sakini Ağayev Rauf Ağa oğlu ailə üzvləri ilə birlikdə yaşadığı (Abşeron rayonu, Novxanı qəsəbəsi, Sabit Orucov küçəsi) və yaxın qohumu M.İbrahimova məxsus ağ evinə Habil Vəliyev tərəfindən edilmiş basqınla əlaqədar DİN-nin 102 xidmətinə, Abşeron rayon Polis Şöbəsinə etdiyi şikayətlər edir… Sonra həmin şikayətlərlə bağlı Abşeron RPŞ-də araşdırma aparılır. Habil Vəliyev polisə gətizdirilir və o, ifadə verir… O, izahatında göstərir ki, guya basqın etdiyi ev və torpaq sahəsi ona məxsusdur… İş materiallarında 2000-ci ildən vətəndaş M.İbrahimova məxsus bağ sahəsinin mülkiyyət hüququ verən şəhadətnaməsi, Əmlak Komitəsinin ərazi idarəsinin müvafiq rəsmi sənədləri, Abşeron RPŞ-nin müvafiq qərarı, Dövlət Əmlak Komitəsi 4 saylı Ərazi İdarəsinin əməkdaşlarının GPS sistemli ölçü qurğuları ilə torpaq sahəsinin kordinatlarını müəyyən edən sxem, kosmosdan çəkilmiş eskiz-xəritə və digər rəsmi sənədlər vardır. Müstəntiq qərarında yazır ki, sən demə, Habil Allahverdi oğlu Vəliyev (“Gündəlik Bakı” qəzetinin baş redaktoru) tərəfindən mübahisələndirilən və GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan 0,33 ha torpaq sahəsi əvvəllər Novxanı kənd sakini Quliyev Səbaət Sərdar oğluna məxsus olmuş, o, 8 may 2014-cü ildə bu torpağı Vaqif Şıxəliyevə satmışdır, Vaqif Şıxəliyev isə onu az sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevə satmışdır. Əhəd Abıyev də həmin 0,33 ha torpaq sahəsini Vaqif Şıxəliyevdən alandan 20 gün sonra, yəni 10 mart 2015-ci ildə Habil Allahverdi oğlu Vəliyevə alqı-satqı ilə bağışlayır. Abşeron RPŞ-nin müstəntiqi, polis kapitanı A.Gülməmmədovun 23 aprel 2015-ci il tarixli qərarında məlum torpaq qalmaqalına tam aydınlıq gətirilir (qərar tam şəkildə redaksiyadadır). Qərara diqqət edin:“...İzahatı alınmış Vəliyev Habil Allahverdi oğlu bildirmişdir ki, 10.03.2015-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində 0,33 ha torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Abıyev Əhəd Mikayıl oğlundan almışdır...”. Biz bu barədə araşdırma yazı dərc edəndən sonra H.Vəliyev bizimlə oldu düşmən və təkcə bir ay ərzində barəmizdə 50-dən çox şantaş və təhdid dolu məqalələr dərc edib. Bu məqalələrdə H.Vəliyev bizə müraciətlə açıq şəkildə yazır ki, siz niyə mənim dostlarım Vaqif Şıxəliyev və Əhəd Abiyevin barəsində yazılar dərc edirsiniz? Və sonra bizi məhv edəcəyi, diz çökdürəcəyi, məğlub edəcəkləri ilə hədələyirdi. Bununla da məlum olurdu ki, o, bütün bunları yuxarıda adları çəkilənlərin sifarişi ilə edir...”.
“Bəs sizcə H.Vəliyev DTX-da saxlanıldığı müddətdə bu münasibət və yaxınlığı etiraf edibmi?”, sualımıza Asif Mərzili belə cavab verdi: ““Əhəd Abıyev bu yaxınlarda “Ölkə.az” saytındakı açıqlamalarında bu suala cavab verib... O, Habil Vəliyevin barəsində deyir: “O vaxtı məndən dayanmadan şər-böhtan yazılar yazırdı. İndi içəridə mələyir! Şantajla, böhtanla video-çəkilişlər aparırdı. Tələbə qızları müəyyən adamlarla görüşdürürdü, sonra da onları bir yerdə çəkib şantaj edirdi. Bu cür adamlar “jurnalist” adı ilə cəmiyyətdə meydan oxumaq istəyirdi. Həmin adamlara qarşı sərt tədbir görülməsi vacibdir... Bəli, onlar da vaxtı ilə “reket” fəaliyyətlə məşğul olurdular, mənim onlardan şikayətim olub. İndi öz cəzalarını çəkirlər. Hətta, məhkəmədə də onları udmuşam. Sonra Habil özü ağsaqqal tapıb gəlib mənimlə barışmağı istəyib. Sumqayıtın indiki icra başçısı olan Zakir Fərəcova demişdi. Zakir müəllim də məndən xahiş etdi ki, əmioğlu Habili bağışla, mənə görə keç günahından. Mənim kəndçim, yerlimdir. Mən də Zakir müəllimə dedim ki, baş üstə, edərəm!””
-Necə bilirsiniz, vaxtilə H.Vəliyevə qol-qanad vermiş şəxslər istintaqa cəlb ediliblərmi?
-Yəqinki cəlb olunublar... Bilirik... Bu siyahıda Vaqif Şıxəliyevin də adının olduğu barədə məlumatlar var. Onu bilirəm ki, Habil Vəliyev bizimlə düşmənçilik həddində davranışını məhz Vaqif Şıxəliyevin diqtəsi ilə edirdi, bunu məqalələrində açıq şəkildə yazırdı. Odur ki, hesab edirəm ki, Vaqif Şıxəliyevin onunla üzləşməsi və ifadəsinin alınması olduqca vacibdir, bir sıra qaranlıq məqamlara aydınlıq gətirəcək. Biz Vaqif Şıxəliyevin bazarındakı ölüm işindən Baş Prokurorluğun mövqeyini öyrənərək yazırdıq, Habil Vəliyev bizi top atəşinə tutur və məhv etməklə hədələyirdi. Onun bir bacısı oğlu var idi, Pərvin Mahmudov, bu uşaq qəzetin redaktoru idi, barəmdə yaşına və başına uyğun olmayan təhqir və hədələr, təhdidlər yazırdı... Habil və dəstəsi Vaqif Şıxəliyevin “Görüş” restoranını mətbuat konfransı mərkəzinə döndərmişdi, bütün növbəti şantaj yazıları və digər əməllər burda müzakirə edilirdi. DTX həmin restoranın bütün işçilərini dindirməlidir... Sual olunur: indi Rusiyada Habil Vəliyevin müdafiəsini təşkil edən mitinqi kimlər maliyyələşdirib? Azərbaycan əleyhinə, ölkə prezidenti İlham Əliyevi təhdid edən, siyasi çağırışlar sərgiləyənlər nə demək istəyirlər? Bəli, Vaqif Şıxəliyev indi yəqinki DTX-nın istintaqından yayınmaq üçün çox cəhdlərə baş vurmaq istəyində olacaq... Artıq bizə də çox şey məlumdur, kimlər onu xilas edəcəyinə söz verib, onu da bilirik... Amma istintaq sirri olduğundan hələki dilə gətirmək istəmirəm. Habil Vəliyev, Əhəd Abıyev demiş, içəridə mələyir və deməli, hər şeyi deyir. Vaqif Şıxəliyev necə deyə bilər ki, Habil Vəliyevə maliyyə dəstəyi verməyib? Bəlkə belə bir adamı tanımır, onun istintaqa söylədiklərinin hamısı böhtandır??? İnanıram ki, məhz Habil Vəliyevi və onun kimiləri müdafiə edib başımıza çıxarmışlar ciddi cəzalanmalıdırlar, bütün bu işlərdə onlar günahkardır... \\tezadlar.az\\
[media=https://www.youtube.com/watch?v=9hBkViJKgEQ]