Bəylərov və patronajlığı altındakı şəbəkə Bərdədə nələr edir? - Araşdırma

1-05-2017, 10:59           
Bəylərov və patronajlığı altındakı şəbəkə Bərdədə nələr edir? - Araşdırma
Bərdə-Tərtər zonası Bəylərovların istibdadı altında inildəyir. İki məmur qardaşların keçmişinə ekskursiya etdikdə onların çoxdan vəzifəsini itirməli olduqlarını görürsən

Amma Vidadi və Zaur Bəylərovlar bu regiona bir kabus kimi gəlib. Hər iki qardaş vəzifələrini itirdikdən sonra yeni postlarda köhnə əməllərindən geri qalmırlar.

Ulus.Az-ın araşdırma qrupuna məlum olub ki, xüsusilə Zaur Bəylərovun patronajlığı altında şəbəkəsində olan üzvlər vətəndaşların və orta ranqlı məmurların başına oyun açır.

İki başçıdan vəzifə mükafatı

Qardaşı V.Bəylərov nisbətən sakit görünsə də, buna səbəb oğlunun qəzada bir gənc həyatna son qoymasıdır.

Hələ 2013 -cü ilin mart ayının 17- də, saat 20:40-da Tərtər rayonunun Buruc kənd ərazisində dəhşətli yol qəzası baş verir.

Rayon sakini Ramil Azər oğlu Quliyevin idarə etdiyi " Hunday Azera" markalı Az 50 -CG -068 nömrə nişanlı maşın aşır və nəticədə sürücü xəsarət alaraq dünyasını dəyişir.

Qəzanı törədən şəxsin həmin dövrdə Tərtərin icra başçısının müavini işləyən həmin Vidadi Bəylərovun oğlu Elxan Bəylərli olduğu müəyyən edilir. İcra başçısının müavini vəzifəsini itirmək bahasına işi ört-basdır edir, oğlunu həbsdən qoruyur.

Xeyli vaxt sakit şəkildə vəzifə gözləyən Vidadi Bəylərov Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edilir.

Onun himayədarları olan Bərdənin icra başçısı Vidadi İsayev və Gəncənin icra başçısı Elmar Vəliyev oğlu adam öldürən məmuru işsiz qoymurlar. Maraqlıdır ki, onunla bağlı rabitə işində hansısa faktlar yoxdur.

Qəbulun qiyməti - 50 manat

Ulus.Az-ın araşdırma qrupuna məlum olub ki, paralel olaraq Bərdədə icra başçısı V.İsayevin öməkçisi işləyən Zaur Bəylərov cəzalandırılır.

İcra hakiminə gələn çoxsaylı şikayətlərdən sonra Z.Bəylərov köməkçi işindən uzaqlaşdırılır. Lakin çox keçmir ki, bu qardaş da vəzifəsiz qalmır.

V.İsayev müəmmalı şəkildə Z.Bəylərovu Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edir.

Məlum olur ki, Z.Bəylərov icra başçısının köməkçisi işlədiyi dövrdə qəbula gələnlərdən xərac yığırmış. Başçı köməkçisi şəhid ailəsi, məcburi köçkün, aztəminatlı ailələrin

V.İsayevin qəbuluna yazmaq üçün 50 manat alırmış. Bu məlumatlar icra hakiminin qulağına çatır və onu yanından uzaqlaşdırır.

Elə ki, Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunur, icra nümayəndələrinin “qanını içməyə” başlayır.

Bu haqda elektron mediada məlumatlar getsə də, nəticə dəyişməyib: Z.Bəyərov hər icra nümyəndəsində ayda 500 manat alır və bunu V.İsayevin təlimatı kimi təqdim edir.

İcra nümayəndələri hər ay məcbur qalıb tələb olunan pulu vaxtında çatdırırlar, bəziləri isə işindən imtina etmək istəyəndə Z.Bəylərov onları ilişdirməklə, prokurorluğa dosye göndərməklə təhdid edir. Yada salaq ki, Z.Bəylərov Novruz bayramında icra nümayəndələrinin başına oyun açmışdı.

Onların hər biri 5 hinduşka, 50 yumurta, 10 toyuq, 5 kilo mal əti və 5 qaz-ördək Z.Bəylərovun təsərrüfatına göndərmişdi. Guya bu ərzaq tədarükü Prezident Administrasiyasındakı rəsmilərə çatır.

Zivə, qaynana və ailə bağçası

Ulus.Az-ın araşdırma qrupuna məlum olub ki, Z.Bəylərovun patronajlığı altında daha iki məmur Bərdəyə “qan uddurur”, büdcəni talan edir.

Onlardan biri şöbə müdirinin yaxın qohumu olan Bərdə Rayon Mənzil İstismar İdarəsinin rəis müavini İldırım Quliyev, digəri bacısı Adilə Quliyevdir.

MİS rəisinin müavini idarədəki vəsaitləri talan etməklə bərabər, balkonunda zivə asanların da gününü qara edib. Paltar zivədən asılan kimi rayonun guya gözəlliyini pozur adı ilə kəsdirir, sonra “hesablaşıb” bərpasına icazə verir.

Bərdədə minlərlə belə evin olduğunu hesablayanda əldə olunan gəliri saymaq çətindir.

Onun bacısı Piyadalar kənd körpələr evinin müdiridir. Bütün qohumlarının adını bağçaya yazdırıb ailə bağçasına çevirdiyi deyilir. 80 nəfərin adı keçən bağçada heç 6 nəfər işləmir.

Amma dövlətdən gələn ərzaqlar, “ölü can”ların hesabındakı əmək kartlarına vurulan maaşlar mənimsənilir. Z.Bəylərovun bacı-qardaş qohumları məhz onun sayəsində arxayın fəaliyyətdədir.

Bütün bunların yekununda ən maraqlısı odur ki, Z.Bəylərov qayınata və qayınanasını da işsiz qoymayıb.

Qayınatasının Bərdə RİH-də hansısa bir vəzifədə işlədiyi, qayınanasının isə başçının aşpazı olduğu iddia edilir.

Onların adlarını rayonun bir neçə idarəsində “ölü can” kimi yazdırıb, maaş kartlarını cibində gəzdirdiyi söyənir. Bu iddia və ittihamlara bazar günü olduğu üçün Bərdə RİH-dən mövqe öyrənmək mümkün olmadı.

Eyni zamanda Suvarma Sistemlərinin İdarəsinə aid xidməti maşını öz xanımına bağışlayan icra başçısının Z.Bəylərovun əməlləri barədə rəyi nədən barət ola bilər ki?! Hər halda qarşı tərəfin fikrini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.