İki məmurun lift “terroru”ndan 11 adamın qurtulmasının - Təfsilatı
2-05-2017, 09:09

Bakıda az qala toy günü bəy liftdə öləcəkdi. Xoşbəxtlikdən xilasedicilər vaxtında yetişib və bədbəxt hadisənin qarşısı alınıb
Həmin qəzalı lift metronun “20 Yanvar” stansiyası yaxınlığındakı binaların birində olub.
Amma Bakı Liftlər İdarəsi paytaxtın əksər binalarında olduğu kimi, bu ünvanda da təmir işləri aparmayıb.
Nəticədə 11 nəfərin qaldığı lift böyük bir faciəyə səbəb olacaqdı və ən dəhşətlisi bəy toy günü dünyasını dəyişəcəkdi.
Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürov isə həmin liftlərin təmirinə ayrılan dövlətin vəsaitlərini mənimsəməklə qızına 400 minlik toy təşkil edir.
Məlumdur ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 23 dekabr 2008-ci il tarixdə sərəncam imzalayib.
Sərəncamda şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.
Eyni məqsdələ 2013 və 2015-ci illərdə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat (ümumilikdə 20 milyon manat) məbləğində vəsait ayrılıb.
İndi özünüz təsəvvür edin ki, 9 ildə həmin 30 milyonun ən uzağı 2 milyonu təyinatı üzrə sərf olunub. Yerdə qalan 28 milyon manat mənimsənilib.
Bunu ani araşdırma ilə də müvafiq dövlət qurumları təsdiqləyə bilərlər. Hər il üçün 3 milyon pul deməkdir ki, buradan da Qüdrət Şükürovun payı ən azından 500 min manatdır. Hətta 1 milyon da iddia edə bilərik.
Ulus.Az xəbər verir ki, Bakı şəhərində dəyişdirilməsi planlaşan liftlərin ən azı yarısı dəyişdirilməyib. Cəmi 600 lift dəyişdirildiyi halda isə hökumətə 1000 liftin yenidən montajı barədə saxta hesabat verilib.
Beləliklə, 400 liftin pulu dövlətin büdcəsindən çıxarıldı”. Bununla belə, Bakı Lift İdarəsinin dövlət büdcəsinə 8 milyon manat borcu yaranıb və onun, sadəcə, 2 milyonu ödənilib və digər cinayət hərəkətləri törədilib.
Bax budur. Vəzifələrdə çalışan məmurlar dövlətin pulunu hər vəchlə əyri yollarla ələ keçirib mənimsəyir.
Nəticədə bu cür yerində olmayan vəzifəli şəxslər tərəfindən dövlətimiz və dövlətçiliyimiz qarşısında maliyyə çətinlikləri yaradılır.
Təcili təxirə salınmadan prokurorluq orqanı tərəfindən həmin idarənin son beş illik bütün mühasibat sənədləri götürülüb araşdırılmalı, cinayət işi başlayıb Qüdrət Şükürov və digərləri barədə qanuni tədbir görülməlidir.
Ən azından 11 nəfər və toyuna gedən bəy korrupsiyanın qurbanı olacaqdı. Abutalıbovla Şükürov isə bu əməliyyatda birbaşa məsuliyyət daşıyırlar.