Nazir “Respublikanski”ni bazara çevirən uşaq qatilini niyə işə qaytardı? - İddialar
2-05-2017, 09:11

Səhiyyə Naziri Oqtay Şirəliyev uşaq ölümlərində ittiham olunan şöbə müdirini işinə bərpa edib
Zəhra Abbasova yenidən Mirqasımov adına Respublika Klinik xəstəxanasının Doğum Şöbəsinin müdiri vəzifəsində çalışır. Əldə etdiyimiz bilgiyə görə, nazirin onu işə qaytarmasını yuxarı dairələrdəki adamı xahiş edib.
Azı 2 uşaq ölümündə suçlanmış və işindən azad edilmiş Z.Abbasovanın təkrar vəzifəsinə bərpa olunması üçün gözlənilib ki, vaxt keçsin.
İş soyuduqdan sonra təkrar işə dönüb. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının problemləri bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir.
Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir
Amma bu gün yeni ailə quran gənclər dünyaya övlad gətirmək qərarına gəlmək üçün xeyli düşünüb, götür-qoy etməli olurlar.
Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin baş həkimi Zəhra Abbasovanın "iş üsulları” ilə tanış olanlar isə hətta iki dəfə düşünürlər.
Belə ki, şöbəyə bitişik gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyən gənc ataların əhval ruhiyyəsində hər zaman sevinc hissindən daha çox bir narahatlıq hiss olunur. Daha çox Zara xanım kimi tanınan baş həkimin təyin etdiyi qiymətlər cədvəli isə bu narahatlığın əsassız olmadığına bir sübutdur.
Ulus.Az xatırladır ki, jurnalist Həsən Babayev 2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində qeysəriyyə əməliyyatı zamanı övladının Z.Abbasova tərəfindən öldürülməsi ilə bağlı müraciət yaymışdı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Həsən Babayevin müraciətinə cavab olaraq bildirilmişdi ki, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilib.
Tovuz rayon sakini Məsimə Zeynalova həkim səhlənkarlığı nəticəsində gəlininin sağlam övladının doğuş zamanı tələf olduğunu bildirmişdi. O, gəlini Turanənin uşağının ölümündə Z.Abbasovanı itiham etmişdi.