Bakıda daha bir "qoçu" sürücü peyda oldu – "Əcəb edirəm, çəkmirəm" - VİDEO

9-06-2017, 01:05           

Bakıda daha bir sürücü avtobus sürücüsünə qarşı kobudluq edərək yolu kəsib. Özünü "qoçu" kimi aparan bu sürücünün görüntüləri elə avtobusdaki kameraya düşüb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a təqdim olunan həmin videogörüntüdən də aydın olur ki, "BakuBus" MMC-yə məxsus 99-JH-044 dövlət nömrə nişanlı 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman "Hyundai Sonata" markalı, 99 EH-075 nömrə nişanlı şəxsi avtomobilini avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. Eyni zamanda, həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməliində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir: "Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir".
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatın normal fəaliyyətinə mane olan sürücü barəsində müvafiq hüquqi tədbir görülməsi məqsədi ilə DYP müraciət edəcək.
[media=https://www.youtube.com/watch?v=BPyjGEZXHkc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru