Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru: "Onların tələbi əsassızdır, diplomun tanınması və tanınmaması mənim səlahiyyətimə aid olan məsələ deyil."
9-06-2017, 17:15

teref.az olaraq dünən mətbuatda gedən " Danışır Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru! - VİDEO" məqaləsi ilə bağlı adı çəkilən təhsil müəssisəsinə müraciət edərək, Xəlil müəllimdən məqalədə göstərilən faktları şərh etməsini xahiş etdik. "Qeyd etmək istəyirik ki, Xə\lil müəllimi həqiqi bir ağsaqqal və pedaqoq kimi tanıdığımız üçün bu faktlar bizə təəcüblü gəldi, lakin videonu axıra qədər dinləyəndən sonra burda kimlərinsə hansı kriminal tapdığına məəttəl qaldıq."
Belə öz fikrimizi bildirmədən sözü verək Xəlil müəllimnə:
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru
Xəlil Orucov tərəfindən
Məlumat
Məlumat üçün bildirirəm ki, 2017-ci il tarixdə may ayının əvvəllərində Zakatala rayon sakini Abışova Pərvanə İsmayıl qızı 2008-ci ildə əldə etdiyi diplomun həqiqi və qeyri həqiqiliyini yoxlamaq üçün anası ilə birlikdə mənim qəbulumda oldular. Araşdırma nəticəsində məlum oldu ki, Kollec tərəfindən verilməyən qanunsuz yolla əldə edilən BB II № 076435 nömrəli diplom saxtadır. Bunu bilən Pərvanə Abışova və anası mənə yalvardılar ki, sizdən xahiş edirik ki, bizə diplomun həqiqi olması barəsində bir arayış verin ki, qız diaqnostik qiymətləndirmə imtahanlarına buraxılsın. Mən onlara qanunun aliliyini başa salmağa çalışsamda onları inandıra bilmədim. Onlar israrla ya diplomun tanınmasını istəyir ya da onlara tərəfimizdən diplomun həqiqiliyi haqqında arayış verilməsni istəyirdilər. Mən onların bu qanuna zidd tələblərini rədd etdikdə onlar daha çox yalvarmağa və Pərvanə ağlamağa başladı. Onlara nə qədər izahatlar və məsləhətlər versəm də onlar kabineti tərk etmək istəmədilər və mənə diplomun tanınması müqabilində rüşvət təklif etdilər. Artıq mən gördüm ki, onlar istəklərinə nail olmayınca otaqdan çıxmaq fikrində deyillər. Onları otağı tərk etsinlər deyə guya onlarla razılaşdım və pul verəcəkləri halda onların işlərinin düzələcəyi bildirdim. Yalnız bundan sonra onlar otağı tərk etdilər. Lakin görüşümüzdən bir neçə gün sonra 12 may 2017-ci il tarixdə Pərvanə mənə zəng edərək yenə işin düzələcəyi təqdirdə nə qədər pul verəcəyini soruşdu.Mən isə qısa olaraq cavabında diplomu kimdən aldığı adama müraciət etməyini xahiş edib telefonu qapatdım.
Sonralar isə mənə zəng etsələrdə mən onların telefonlarına cavab verməmişəm.
Onlar mənim qəbulumda olarkən mən onlarla etik qaydalara uyğun olaraq davranmışam və hətta uzaq rayondan gəldikləri üçün nahar etmək məqsədi ilə evimə də qonaq dəvət etmişəm.
Bir daha vurğulayıram ki, mən onlardan rüşvət almaq niyyətində olmamışam. Onlar kabineti tərk etsinlər deyə mən bu hərəkəti etməyə məcbur olmuşam. Onları mən birinci dəfə idi ki, görürdüm və əvvəllərdə onları tanımamışam.
İndi onlar mənə xəbər göndərirlər ki, diplomun həqiqi olması haqqında arayış verdiyim təqdirdə məndən şikayətçi olmayacaqlar.
Onların tələbi əsassızdır. Haradansa əldə etdikləri diplom saxtadır. Kimisə şantaj etmək yolu ilə məqsədlərinə nail olmaq istəyirlər.Diplomun tanınması və tanınmaması mənim səlahiyyətimə aid olan məsələ deyil.
Hörmətlə,
Kollecin direktoru: Xəlil Orucov
Qeyd etmək istəyirik ki, videonu diqqətlə dinləyəndə Xəlil müəllimin dediyi faktların şahidi olmaq olar.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az