Şirvan DYP-sində Mir Mehti Muxtarov nələr edir- ŞİKAYƏT

11-07-2017, 10:46           
Şirvan DYP-sində Mir Mehti Muxtarov nələr edir- ŞİKAYƏT
Şirvan şəhər içtimaiyyətindən saytımıza daxil olan şikayətlərin ardı arası kəsilmir.

Bu gün Vetenperverler.az a Şirvan şəhər Polis İdarəsinin Dövlət Yol Polisinin əməkdaşlarından polis zabiti olan Mir Mehti Muxtarov barəsində çox maraqlı bir şikayət daxil oldu. Şikayətçi bildirir ki, Şirvan şəhəri ərzisində avtomobili vurulduğu halda Mir Mehti müəllim onu günahlandıraraq cəzalandırmaq istəyir. Vetenperverler.az olraq şikayətçinin göstərdiyi halları və avto-qəza halını mütəxəssislərlə və ekspertlə araşdırdıq. Yekun nəticə olaraq ekspertlər bildirdi ki, şikayətçi haqlıdır, günah digər avtomobildədir. Şikayətçinin idarə etdiyi “Nissan-Tida” avtomobilinin avto-qəza halında heç bir təqsiri yoxdu. Biz Şirvan şəhər DYP-nin əməkdaşı Polis zabiti Mir Mehti Muxtarovla əlaqə saxlayıb mübahisəli məsələyə aydınlıq gətirmək istəsəkdə cəhdlərimiz baş tutmadı. Qeyd edirik ki, Şirvan şəhər DYP-nin əməkdaşı polis abiti Mir Mehti Muxtarov barəsində bir çox müxtəlif səpkili şikayətlər Vetenperverler.az- a daxil olub. Şikayətlərdə bildirilir ki, cənab Muxtarov Hacıqabul rayonu ərazisində hektarlarla torpaq əldə etməyə nail olsada bütün bunlar sənəd üstündədir. Yəni cənab Muxtarovun torpaq məsələsində aldaılması və polis əməkdaşı olduğu üçün heç bir aidiyyatı quruma müraciət edə bilməməsi səbəbindən demək olar ki saçları ağarıb. Bundan əlavə şikayətlərdə o da qeyd olunur ki, Muxtarov artıq Şirvan DYP-sini ailə podratına keçirmək istəyir.
Şirvan DYP-sinin əməkdaşı Mir Mehti Muxtarovun qanunsuz əməlləri və sürücüləri “SEYİD”statusundan istifadə edərək necə qorxutması barədə ətraflı jurnalist araşdırması aparılır.
Biz əminik ki, Şirvan şəhər Polis İdarəsinin rəisi cənab Hikmət Quliyev MirMehti ağamızın əməllərindən xəbərsizdir. Artıq Şirvan sürücülərinin canını boğazına yığaraq nahaqdan cərimələr yazan Muxtarov barəsində tədbir görməyin zamnıdır. Diqqətinizə çatdırırıq ki şikayətçilər Respublika DYP-nin rəisi cənab Ramiz Zeynalova da şikayət ünvanlayıblar.
Yazıda adı çəkilən hər kəsin münasibətini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.