Müstəqil jurnalist həbsdən öncə...- ARAŞDIRMA

11-07-2017, 21:34           
Müstəqil jurnalist həbsdən öncə...- ARAŞDIRMA
Qızıl balığı özünə nökər etmək istəyən Saleh Səmədovun və dostlarının arzusu bitib tükənmir



Hörmətli oxucular! Bu açıqlama İmişli rayon sakini, müstəqil jurnalist, “Gündəm Xəbər” qəzetinin çoxsaylı oxucularından olan və adı çəkilən mətbu orqanla mütəmadi əməkdaşlıq edən Məhbub Zülfüqarlıya məxsusdur. O, hələ bir müddət bundan əvvəl, rayonda məmur-oluqarx kimi tanınan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Cənub regional idarəsinin rəisi Saleh Səmədov tərəfindən məhkəməyə verilmişdi. Adı çəkilən şəxs 06 iyul 2017-ci il tarixdə İmişli rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs olunur. Məhbub Zülfüqarlı Cinayət Məcəĺləsinin 147.1-ci maddəsi ilə ittiham olunduğundan, barəsində həbs qəti-imkan tədbiri seçilir. Dərc etdiyimiz açıqlamanı o, həbs olunmazdan əvvəl “Gündəm Xəbər”in elektron poçtuna göndərmişdi.

Əlavə olaraq onu da qeyd edək ki, Məhbub Zülfüqarlı fəaliyyətini daim bölgədə davam etdirir və əksər vəzifə sahiblərinin çirkin əməllərini ictimailəşdirməyə də çalışırdı. Baxmayaraq ki, o, həbs olunduğu günə qədər bir neçə dəfə ayrı-ayrı vəzifə sahiblərinin təhdid və təqiblərinə məruz qalmış, amma apardığı mübarizə yolundan dönməmişdi. Onun həbsini azad sözə, azad fikrə qarşı təpki hesab edir və atılan addımları olduqca pisləyirik.
Reketlərə yazdırır, oxudur və qəhqəhə çəkirlər. 2017-ci ilin aprel ayından məmur-oliqarx Saleh Səmədov mənimlə, kürəkənimlə, yeddi ay olar ki, şəhər bələdiyyəsinə sədr seçilmiş Mehman İsmayılovla şərəf və ləyaqət davasına çıxıb. Hamilik etdiyi keçmiş bələdiyyə sədri ilə qoşalaşıb, dostu rayon məhkəməsinin sədri Qurban Hacıyevin dəstəyi ilə bizlərə nəinki özü, hətta vəzifəsindən dörd aydır ki, çıxarılan dostu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsini rəisi olmuş Navaşir Bəşirov isə, 01 iyul 2017-ci ildə “Saleh Səmədovdan üfunətli iyə görə şikayət edənlərin var yoxunu...” öz əxlaq və tərbiyəsinə uyğun təhqir etdi. Hansı ki, 461 nəfər S.Səmədovun “Spirt” zavodunun üfunətli iyinə etiraz edənlər Prezidentə, Ekologiya, Səhiyyə, İqtisadiyyat nazirliklərinə şikayət edənlər, onun yaxın qonşusu, qohumu, hətta doğma qardaşı idi ki, tez-tez başçının da qəbulunda olur ki, bu iyin təsirindən xəstə düşmüşəm, İmişlidən köçmək istəyirəm deyirdi. Köçənlərdən ikisinin adını ötən yazımda adını, soyadını da yazmışam. Navaşir Bəşirovun tərbiyəsiz, əxlaqsız davranışlarından ekologiya naziri Hüseyn Bağırova şikayəti növbəti dəfə də göndərdim ki, N.Bəşirov deyir ki, “sakinlər yazırdı, mən isə şikayəti qapadırdım”. Ona görə də bu “qapatmalar” hesabına inomarka avtomobil, xarici ölkələrdə dincəlmələr, indi başa düşürük ki, S.Səmədovun gücü ilə nələr baş verirmiş. Başçı isə ona güvənənləri ədalətli olaraq qovub. Qovulanlar qisaslarını səbəbsiz yerə bizlərdən almaqla, özlərini biabır edir, öz əxlaqlarını ortaya qoyurlar. Bu şəxslər Türkiyədə yaşayan ələvi şiələrinin yaşam və həyat tərzinin devizini öyrənsələr daha yaxşı olar. “Dilinə, əlinə və belinə nəzarət et”. Bu şüarın altında islam dininin və türk törəninin həyat tərzi və əxlaqının əsas prinsipləri yatır. Türk ilahiyyatçısı alim Yaşar Nuri Öztürk “Quran verilərinə görə kötülük toplumu” əsərində yazır: “Quran”ın dini ibadətsiz olur, əxlaqsız olmur!” Sən özün insanların şərəf və ləyaqətini təhqir et, təhdid, təqib etdir, mobil telefonunla terror et, Mehman İsmayılova gizli nömrədən zəng et, Ədliyyə Nazirinin köməkçisi adından nazirliyə dəvət et, məqsədin nədir? Hətta, 8 Mart günü məni təhqir et, üstəlik də yaxın dostun olan məhkəmənin sədri vasitəsilə bizləri məhkəmə zallarında təhqir et, bu əxlaqdırmı? Quran və qanunun kağız qapaqlarını üzünə qalxan kimi tutan məhkəmə sədri və hakim, sifarişli şəkildə Azərbaycan dövləti və Prezidenti adından sui-istifadə etmələri, qanunları ciddi deformasiya etmələri, puluna, arxana görə bizləri qanun adı ilə əzab, psixoloji sarsıntı verməsini bilmirlərmi?
İmişlidə məhkəmə müstəvisinə S.Səmədovun dost-qardaşı, adını çəkib şərəfləndirmək istəmədiyim sahibkardan soruş və qoy məhkəmənin sədri Q.Hacıyev, əvvəlki məhkəmənin sədri S.Ağayevdən vəziyyəti öyrənsin. İmişlilər bu iki sahibkardan narazı olduğu qədər, düşməndən narazı deyillər. Yəqin ki, bu il bir son olmalıdır. Gec-tez dövlət verməsə də, cəzalarını Allah-Təala və üstən aşağı baxdığınız təbəqələr verəcək. Məgər bilmirsənmi ki, orta məktəb müəllimlərimiz sənin haqqında mən bildiyim halda nələr danışır, hələlik açmırıq.
Şərəf və ləyaqəti dostun yox, dövlətin və xalqın verəcək. Sənin əməllərindən bezib işindən ərizəsi ilə çıxmış Misirxan Həsənov, elmlər namizədi Kamil, Əbülfət Feyzulla oğlu, Atamoğlan Abbasov ali təhsilli mütəxəssislərin haqqında danışdıqlarını, gec-tez mətbuata yazar. Təndirini uçurtduğun, şəhid oğlu Əlinin əkdiyi ağacı kəsdirdiyin, şəhid anası Şəkər Həmidova deyir ki, “qapıma müavini Şahini göndərmişdi ki, sənə hörmət olunacaq, yaz ki, Məhbub böhtan yazıb”. Digər adlarını çəkdiklərimlə də “hesablaşmısan”, amma, ali təhsillilər və səni ayıltmadığım üçün digər şikayətçilərin adlarını çəkmədim. Vəkillərdən birinə zəng edib bizə qarşı qoymaq istəyin də baş tutmayıb. Ona görə də səni müdafiə edən öz işçindir, şükür ki, komitəniz ləğv olunur. Elə bilirsən ki, hər kəsi pul ilə ələ almaq olar? Sən yalnız kölə xislətli, mənliyini bir qarın çörəyə satmışları ələ ala bilərsən. Onlar da pul qurtaran kimi batmış gəmini görən siçovullar kimi qaçacaqlar. Elias Kannetin: “Kütlə və hakimiyyət” əsərində kütlənin və hakimiyyətin tərifini qoy nümayəndən sənə oxusun: -“Fərd rəhbərə dönəndə yatmış vəhşi etirasları oyanır və bu etiraslar onun rəftarında aparıcı faktora çevrilir. Xüsusi hakimiyyətə, vəzifəyə, sərvətə sahib olan kimi daxilində QORXU adlı bir vəhşi oyanır,o da, bu hissdən bu vahimədən azad olmaq üçün, yalnız bir çıxış yolu görür. Nəinki rəqibləri, hətta yaxınları mümkün olduqca bütün güclü və qabiliyyətli nüsxələri məhv etməyə başlayır. Sədaqətli nüsxələri belə bir-birinin ardınca aradan götürməyincə rahat ola bilmir.”
Tək 18 hektar istilikxanadan qovduqlarını, “Kral” şadlıq sarayından administratorluğundan kimləri qovduğunu, komitədən çıxardıqlarını bütün imişlilər danışır, amma ətrafındakı yaltaq sürüsü səni yuxuladır. Prezidentimizi və nazirlərimizi müxtəlif mətbuat arada tənqid edir. Onlar isə, sağlam tənqidi qəbul edirlər. Yoxsul oğlu varlandıqca, yəni qızıl balığı sənin kimi özünə nökər istəyəndə aqibətini öyrən-rəhbərlərin. Ulu öndərimizi qoyub Putindən sitat gətirməyini dostun məhkəmə sədri də bəyənmədi, tənqid etdi, hətta nümayəndən də soruşa bilərsən.

Bu qabiliyyətlə bir neçə dəfə başçı müavini oldun və nəticəni imişlilər gördü, mətbuatda gör nələr yazırdılar. Sən isə reket qəzetində rayon rəhbərliyini aşağılamağınla, müxalifətçi kimi danışmağınla, məhz öz kimliyini ortaya qoydun. Spirt zavodunun üfunətli iyi əxlaqdır? Alimlərimiz, imamlarımız buyurur ki: “İstinad etməyə yad millətdən adam axtarma, çalış öz millətindən olanı tanıyasan.” Sən isə Putindən sitat gətirdin, nümayəndən sənə bəraət versə də, dostun məhkəmə sədri dedi ki: “Rus əsgərləri Xocalıda qız-gəlinlərimizi girov götürdülər, zorladılar, bətnlərindəki körpələri doğradılar. 200 ildir ki, bu millətlə kölə kimi rəftar etməklə, müstəqilliyimizə ən böyük təhlükə ruslardan gəlir” dedi. Hakim qısa yazıram və bir çox məsələlərdə oyun oynanılsa da, sənin sitatına haqq qazandırmaması, yeganə doğru addımını təqdir edirik. Kobud qanun pozuntusunu 5-ci prosesdən sonra hakim Ülvi Qəmbərovun CPM-in 147.1 maddəsi ilə başladığı, qəbul etdiyi qərarı 23 iyun 2017-ci il tarixdə 147.2 maddəsinə keçirməsi göstərdi ki, sifariş yerinə yetirilir. Yəqin ki, unikal addımına dövlətim göz yummayacaq. Sonuncu Milli Məclisin yığıncağında millət vəkili Qüdrət Həsənquliyevə KİV-lər vasitəsilə təşəkkür etdim, çünki onun çıxışı məni məyus etdi. O, bildirdi ki, “dövlət 5-ci kalondan təmizlənməlidir”. Amma, hələ də məhkəmə sədri polisin narkotiklə tutduğunu azad etməklə, polisə zərbələrini vurur. Ədliyyə Nazirliyi isə belə bir hakimi göz üstündə saxlayır. Dünyanın heç bir yerində, heç bir ünvanında belə bir hakim yoxdur. S.Səmədovun öyrədib üstümüzə qaldırdığı Qurban Hacıyev “S.Səmədov da, V.Hacıyev də, Əlmuxtar da dostumdur”-deyir. 30 iyul 2014-cü il tarixdə mənim “102” xidmətinə zəngimdən sonra, poçtamtın qarşısında ağzım oruc olduğu halda, hətta şikayətçi olsam da, həmin vaxt Ülvi Qəmbərov məni 50 manat cərimə etmişdi. Çünki, həmin vaxt mən Əlimuxtarı müdafiə etmişdim. Düz dörd dəfə rəsmlərə, hətta Ədliyyə Nazirinə də şikayət etmişdim. 04.07.2017-ci il İmişli rayon Məhkəməsinə teleqram da göndərdim. Ülvi Qəmbərovun icraatında olan və mənimlə bağlı qaldırılmış iddiada “siz qanunları pozaraq şahidləri məhkəmədən kənar çağıraraq onlara təzyiq edir, Saleh Səmədovun xeyrinə hansı ifadələr verəcəklərini diktə edirsiniz. Odur ki, sizə və Ülvi Qəmbərova qəti etirazımı bildirirəm və işimin İmişli rayon Məhkəməsində davam etdirilməməsini yazdım.
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.