"Məktəb direktorunun səhlənkarlığından qızım qızıl medal ala bilmədi"- ŞİKAYƏT

15-07-2017, 15:26           

teref.az- nun elektron poçtuna Ali Təhsil nazirmiz Mikayıl Cabbarovun adına Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin 11 ci sinf şagirdinin ansı müraciət ünvanlayıb. Müraciətin bir surətidə saytımıza göndərilib.Müraciəti sizə təqdim edirik:
Hörmətli Cənab Nazir,
Hörmətli Sayt Redaaktorları,

Qızım Qurbanova Nüranə Etibar qızı bu il Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin 11 ci sinfini bitirdi. O, iki dəfə "ədəbiyyat bilicisi" müsabiqəsində qalib olmuşdur. Keçən il 4 cu yeri bu il isə 3 yeri tutub.İllik qiymətləri bütün fənlərdən 5(əla) olubdur. Məkətəbi bu cür bitirənlərə qanunla qızıl medal və xüsusi nümunəli attestat verilir. Məktəbin direktoru Seymur Cəfərovun səhlənkarlığı və ya savadsızlığından may ayında təqdimatı göndərilmədiyindən Nuranəyə qızıl medal verilmir. Qızım bu medalı, illərdir yataq xəstəsi olan atasına hədiyyə edəcəkdi. Cənab Nazir , hörmətli sayt rəhbərləri son ümüdümüz sizsiniz. Sizdən bir ana kimi xahiş edirəm ki, bizə kömək edəsiniz.

Hörmətlə, Qurbanova Südabə Feyzulla q.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru