“Yoxlama” funksiyasını həyata keçirmək səlahiyyətləri olan orqanların azğınlaşmış müdaxilələri...- Araşdırma
4-08-2017, 00:59

“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”
Heydər Əliyev
Dövlət (ərəb dilində دولة) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər..
Dövlətin yaranması ilə onun vergi sistemi formalaşır. Vətəndaşlardan müxtəlif formalarda vergilər yığılması demək olar ki, ümumən bütün dövlətlərdə qəbul edilmişdir. Engelsin dediyi kimi, kütləvi hakimiyyəti saxlamaq üçün vergilər lazımdır. Dövləti səciyyələndirən 3 əlamətdən biri də vergi sistemidir.
Dövlətin birinci ünsürü olan ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir. Xalqsız, milli əsasdan məhrum dövlət ola bilməz.

Dövlətin üçüncü ünsürü olan vergi - dövlət idarəetmə strukturlarının, mühafizə və müdafiə qurumlarının və s. saxlamaq üçün əhalidən Azərbaycan Respublikası Konstitusiyasının “Vergilər və başqa dövlət ödənişləri” ilə bağlı 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini Ulu öndərin təşəbbüsü ilə 2000-ci il 11 fevral tarixli Fәrmanla yaradılmış, dövlәtin vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tәmin edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanı kimi Vergilәr Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikası Vergilər Nazirliyi və sahibkarlıq subyektlərində “yoxlama” funksiyasını həyata keçirmək səlahiyyətləri olan digər orqanların azğınlaşmış müdaxilələri Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisə göndərilməsi ilə nəticələndi. Əhali ölkədə biznes strukurlarına məmur müdaxiləsini birinci şəxsin gündəmə gətirməsini müsbət qarşıladı. Məmurların sahibkarlardan pul tələb etməsi, zaman-zaman onların kreditlər götürüb borcanmalarına şərait yaradılması sahibkarların bir çoxunun iflasına gətirib çıxarırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 oktyabr 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il noyabrın 1-dən qüvvəyə minən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır Qanununu Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsini iqtisadi sahədə inqilabi addım kimi dəyərləndirənlər haqlıdırlar.

Çox təəssüflər olsun ki, ölkə başçısının yürütdüyü humanist siyasətin Vergilər Naziri Fazil Məmmədovun və digər nazirliklərin pula həris əməkdaşları qara kölgə salaraq, əhalidə sünii narazılıqların yaranmasına səbəb olurlar.
Vergilər Nazirliyi sahibkarlıq subyektlərində bir neçə növ yoxlamalar aparırdı. Bunlar audit yoxlaması, xronometraj (dövriyyənin müəyyən edilməsi), kameral yoxlama, operativ yoxlama, əmək müqavilələrinin yoxlanması və sairdən ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 oktyabr 2015-ci il tarixli sərəncamı ilə qüvvəyə minən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılması haqqında Qanunundan sonra Fazil Məmmədovun sahibkarlıq subyektlərini incitməyin yeni yollarını axtarıb tapiblar.
Belə ki, bu yaxınlarda “Kafe” işlədən sahibkara 2915 manat 32 qəpik cərimə yazmaqlarına öz “hesabatlarını” tətbiq etməklə haqq qazandırırlar. Həmin kafedə hesabat dövründə göstərilən rəqəm 6000 manat və bir az artıq olması onları qane etmədiyinə görə həmin kafeyə göstərinlə məbləğdə cərimə yazılmışdır.
Vergi əməkdaşları bildirdiklərinə görə guya ki, həmin ərazidə (1-ci mikrorayon ərazisində) guya ki, hansısa bir kafenin hesabatı 50000 manatdır. Bəs siz niyə 6000 manat göstərirsiniz? Deməli vergidən yayınırsınız.
Bu yerdə vergi əməkdaşlarının nəzərinə çatdırmaq istəyirik ki, vergidən yayınan biz deyilik, MMC sözünü MıMICı oxuyanların adına yaratdığınız, qazanclı tenderlərdə iştirak edərək, yaxşı pul götürüb, ƏDV-dən yayınmaq üçün bir ildən sonra fəaliyyətini dayandıran, sizin rəislərinizə tabe olan MMC-lərdir.
Ən yaxşı halda fəaliyyətlərini dayandırmasalar da tenderləri “udub” işləri subpodratçılara satanlardır.
Buradan belə nəticəyə gəlmək olar ki, kiçik və orta sahibkarlığın inkişafında maraqlı olan ölkə başçısı möhtərəm prezidenditimiz İlham Əliyev cənabları məmurların bu cür hərəkətlərinin qabağını almaq üçün yeni bir Qanun təsdiq etməlidir?...
Araşdırmalarımız davam edir.
Yazıda adları hallanan şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
“Xəbərfakt.Az”