Lerikdə Cəlil Baxşiyevin mülkləri kimin və nəyin hesabınadır?- Araşdırma
7-08-2017, 14:22

Lerikdə Cəlil Baxşiyevin mülkləri kimin və nəyin hesabınadır?- Araşdırma
Lerik rayonunu Cəlil Baxşıyev idarə edir
Son günlər ölkə mətbuatın da məmurların qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib. Dosye.org-ın əldə etdiyi digər bir məlumat isə Lerik rayonundandır.
Belə ki, sözügedən rayonun icra başçısının birinci müavini Cəlil Baxşiyev özünəməxsüs formada rayonda obiyekt inşa etdirib. Məlum məsələdir ki, icra başçısının “sağ əli” aldığı əmək haqqı ilə restoranlar və “Ailəvi İstirahət Mərkəzi” tikdirib yekunlaşdırmaq üçün kifayət etməz. Əldə etdiyimiz məlumatlara görə leriklilərin qəniminə çevrilən Cəlil Baxşiyev dövlətin ayırdığı vəsaiti şəxsi hesabına keçirməklə rayonun ən səfalı yerlərin də obiyektlər inşa etdirib.
Bunlardan əlavə idarə, müəssisə və təşkilat rəhbərlərinə hər ay “aylığ” yükləyən “kəndxuda” Cəlil müəllim işinin öhtəsindən məharətlə gəlir. Söz yox ki, Lerik RİH-nin başçısı Röşən Bağırov bütün səlahiyyətləri Cəlil Baxşiyevə həvalə edib. Bir daha xatırladaq ki, önəmli rayonun icra başçısı ”ƏMR” sözünü əvəzinə “ƏMİR” yazmaqla böyük biabırçılığa imza atıb. Keçək mətləbə!
Yuxarıda qeyd etdiyimiz icra başçısının birinci müavini Cəlil Baxşiyev, Lerik rayonu Qosməliyon kəndində “9 Qardaş” adlı istirahət mərkəzi tikdirib. Hələ bu azmış kimi, Günəşli kəndinin yaxınlığın da “Dağ çayı” deyilən ərazidə restoran və bir neçə gəlirli obiyekt müştərilərin ixtiyarına verib. Lakin leriklilərin sosial problemləri zərrə qədər də olsa rayonun başbilənlərini belə maraqlandırmır. Çünki məmur fironluğu buna imkan vermir.
Lerik rayonun da olarkən çoxlu neqativ halları müşahidə etdik. Rayonun giriş hissəsinə nəzər yetirmək kifayət edir. Lakin sadaladıqlarımız faktlar istər Lerik RİH-nin başçısı Röşən Bağırovu, istərsə də “kəndxuda” ləqəbi ilə ad çıxaran Cəlil Baxşiyev maraqlandırmır. Etiraz edən rayon sakinləri isə həbslə hədələnir. Azərbaycan vətəndaşı heç zaman məmur hegamonluğuna susmayacaq. Ölkə başçısı cənab İlham Əliyevin çıxışını Cəlil Baxşıyev kimlərinə xatırlatmaq bizim borcumuzdur:
“Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir.
SAHİBKARLARI İNCİDƏNLƏR CƏZALANDIRILACAQ
Hər bir rayonun öz büdcəsi var. Hər bir rayona dövlət tərəfindən vəsait ayrılır. Prezidentin Ehtiyat Fondundan mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir, kömək eləsin. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pulunu vermirlər. Belə olmaz. Kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır.
Bir də deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq”.