Hacı Madər velosiped yolunu şəxsi dayanacağa çevirdi - VİDEO

8-08-2017, 10:49           
Hacı Madər velosiped yolunu şəxsi dayanacağa çevirdi - VİDEO
Bir neçə gün öncə açılışı olan Binəqədi - Novxanı yolunda "Azəravtoyol"un təşəbbüsü ilə velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib.

Amma təəssüf ki, yolun kənarında olan "Favorit" market velosipedçilərin zolağını "işğal" edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb.

Məlum məsələdir ki, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza riskinin yaranması deməkdir.
Xatırladaq ki, "Favorit" marketlər şəbəkəsi Binəqədidən olan millət vəkili Hacı Madər Musayevə məxsusdur.

Realliq.info həmin yoldan görüntünü təqdim edir:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru