“Qarabağ”ın adı ayaqlar altında – Diqqətsizlik, yoxsa təxribat?

9-08-2017, 15:28           
“Qarabağ”ın adı ayaqlar altında – Diqqətsizlik, yoxsa təxribat?

Ötən ay “Qarabağ” futbol klubunun rəsmi fan-şopunun açılışının olması barədə xəbər vermişdik.

“Park Bulvar”da fəaliyyət göstərən fan-şopa Yenicag.az saytının əməkdaşı da baş çəkdi.


Ancaq gördüyümüz mənzərə elə də ürəkaçan olmadı. İlk növbədə diqqətimizi çəkən isə satışa çıxarılan corabların da üzərinə “Qarabağ” adının yazılmasıdır. Ayaq geyiminin qiyməti isə 3,50 AZN-dir. Hər halda işğal olunmuş torpaqlarımızın adını daşıyan klub rəhbərliyi bu məsələyə daha həssas yanaşsa, yaxşı olar. “Qarabağ” beynəlxalq arenada çıxışı ilə futbolsevərlərimizin baş tacına çevrilibsə, onun adı ayaqlar altında olmamalıdır.



Bundan başqa fan-şopda satışa çıxarılan digər məhsullarda da çatışmazlıqlar var. Məsələn, at şəkili ilə bəzədilmiş köynəklər fan-şop məhsulu kimi təqdim olunur. Amma üzərində komandanın loqosu yoxdur. Belə olan halda köynəyin “Qarabağ”a məxsus olduğu anlaşılmır.


Eyni sözləri fan-şopda satışa çıxarılan qalstuklara da aid etmək olar. Maraqlıdır ki, qiyməti 50 manat olan qalstukun da üzərində “Qarabağ”ın kiçik də olsa, loqosu yoxdur. Sadəcə, qalstukun arxa hissəsində “Qarabağ” yazılıb. Belə olan halda isə qalstuku taxan şəxs onun “Qarabağ” atributu olduğunu nümayiş etdirmək üçün hər dəfə iç hissəsini göstərməlidir.


Satışa çıxarılan dəsmallarda isə komandanın 5-ci çempionluqdan sonra formasına həkk etdirdiyi ulduz yoxdur. Bunu isə ciddi nöqsan adlandırmaq olar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru