Cəlilabadın təhsil "şefi" Vidadi Dövlətov müəllimlərin pulunu yeyib

28-07-2015, 16:34           
Cəlilabadın təhsil "şefi" Vidadi Dövlətov müəllimlərin pulunu yeyib
Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətovun ilginc maxinasiyaları aşkar olunub.

teref.az AzToday.az-a istinadən məlumat yayıb ki, Cəlilabad “təhsil şefi” müəllimlərin məzuniyyət pullarını mənimsəyir. Şikayət məktubunda bildirilir ki, Təhsil Şöbəsinə edilən çoxsaylı müraciətlərə baxmayaraq müəllimləri müxtəlif vasitələrlə inandırmağa çalışıblar ki, məzuniyyət pulunun verilməsində heç bir səhv olmayıb və hər şey qaydasındadır. Amma sonradan məlum olub ki, bu dəfə rayon təhsil şöbəsi müəllimlərin pulunu ustalıqla, birbaşa "vedmost”da tutaraq onu rəsmiləşdiriblər: “Cəlilabad Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətov Siğorta şirkətinin müdiri olan qaynatası Əvəz Xanalıyevlə birlikdə müəllimlərin xəbəri olmadan "vedmost”da onlardan naməlum sığorta pulu tutub. Bu işin ideya müəllifi isə keçmiş RTŞ müdiri Ədalət Əsgərovun bacısı oğlu, narkotik maddəylə 8 ay həbs olunmuş Rayon Təhsil Şöbəsinin Baş Mühasibi Rəşad Salmanov olmuşdur. Maxinasiyadan əldə olunan ən azı 60 min manatdan yuxarı pul isə bu üç nəfər arasında qardaş malı kimi bölünmüşdür”.
Xatırladaq ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Eyni zamanda həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə Sonda xatırladaq ki, haqqı pozulan müəllimlər baş verən maxinasiya ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəklərini bildiriblər. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.