Qazax xəztəxanası həm də məhkəmədən yayınanların sığınacaq yeri imiş... - İTTİHAM VAR

29-07-2015, 10:37           
Qazax xəztəxanası həm də məhkəmədən yayınanların sığınacaq yeri imiş... - İTTİHAM VAR
Dünyanın hər yerində terroristlərə, ümumilikdə cinayətkarlara şərait yaradanların, onlara havadarlıq edənlərin aqibəti yaxşı nəticələnməyib. Oğru, əyri də məhkəmə qərarından sonra cinayətkar hesab edildikdə onun müdafiəsinə qalxmaq yalnız üzdən iraq adamların işidir. Bir də görürsən ki, hər hansı cinayət törədən şəxs məhkəmə qarşısına çıxan zaman işini bilib, ya özünü xəstəxanaya salır, ya da gizlənmək üçün bir sıra yerlərə üz tutur. Lakin həmin şəxsin xəstəxanaya girməsi, ya da gizlənməsi elə də uzun çəkmir. Məsələ burasıdır ki, çox adamalrın xəstəxanadan xəstəliyi haqqında yalançı arayış gətirməsi, onu məhkəməyə və digər yerlərə təqdim etməsi bir başa xəstəxana müdriyyətinin səlahiyyətinə xələl gətirir. Yəni müdriyyət vəzifəsindən süi istifadə edərək, özünü cinayətə sürükləyir.

...Qazax şəhəri Nərimanov küçəsi, 45 nömrəli evdə yaşayan Əliyev Hikmət Həmid oğlu Gəncə 2 saylı Şərab Zavodunun Qazaxdakı 4 saylı firma mağazasını işlədir. Özü Qarabağ veteranıdır. Gəncədən Qazaxa gələn spirtli içkilərin, şirin və qazlı suların satışını bu şəxs təşkil edir. Vəliyev Elşad Musa oğlu isə Əliyev Hikmətin tabeçiliyində sürücü ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi dövrdə 66861.80 (altmış altı min səkkiz yüz altmış bir manat səksən qəpik) manat öhdəsində olan mal-materialı mənimsəməsi ilə bağlı, Hikmət Əliyevin ərizəsi əsasında toplanmış 02/2-250 c saylı material Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin Rəisi Kamran Əliyev tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə 142026222 saylı cinayət işi başlanmış və həmin iş hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılır.

Gəncədə bir neçə dəfə məhkəmə prosesi aparılıb. Məhkəmənin hökm çıxaracağı gün, yəni 27 iyul 2015-ci il tarixdə keçiriləcək son məhkəmə prosesində Vəliyev Elşad Musa oğlu məhkəməyə gəlməmiş, Qazax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində özünü xəstəliyə vuraraq yatmasını daha üstün tutmuşdur.

Maraqlananda məlum olmuşdur ki, cərrah-həkim Binyamin Abbasəliyevin dediyinə görə, Elşad Vəliyev guya mədəsindəki qanaxmaya görə xəstəxanaya düşüb. Qazax Müalicə Diaqnostika Mərkəzinin mədə-bağırsaq üzrə həkimi Razim Məmmədovun söylədiyinə görə, Elşad Vəliyevin heç bir xəstəliyi yoxdur. Sadəcə məhkəmədən yayınıb. Bəs Elşad Vəliyev üçün məhkəmə hökmünün çıxarılacağı gün bu neqativ yolun yol göstərəni kim olub?

Araşdırmalr göstərir ki, Elşad Vəliyevin anası Solmaz Vəliyeva Qazax şəhər poliklinikasında işləyir. Onun vasitəçiliyi ilə oğlu Elşad Vəliyevə cərrahiyyə şöbəsində qəsdən mədəsindən xəstəlik diaqnozu qoyulub. Mədə-bağırsaq həkimi Razim Məmmədov da bu işə qol qoymayandan sonra, yəqin ki, “xəstənin” diaqnozu dəyişdiriləcək...

Bu oyunların isə başında Qazax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dayanır. Burada özbaşınalıq, anarxiya və vəzifədən süi istifgadə halları, ən nəhayət bolluca rüşvət dayanır.

Yəqin ki, tezliklə Vəliyev Elşad Musa oğlu təcridxanaya, onun havadarları isə məsuliyyətə cəlb olunacaqlar. Çünki, atalar demişkən: “Yalan ayaq tutsa da yeriməz””
DİA.AZ- Qazax












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.