Şəkidən şikayət var Səlim Müslümovun adamından

13-08-2015, 15:08           
Şəkidən şikayət var Səlim Müslümovun adamından
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Şəki rayon şöbəsi birinci qrup gözdən əlil şəxsdən qazanıb ailəsini dolandırmasını istəyib.

Bu barədə GUNDEMİNFO.AZ -a Şəki rayon Baş Göynük kənd sakini, 1-ci qrup gözdən əlili Rafiq Məmmədov yazıb: "Mən, Vəliyev Rafiq Məmməd oğlu Şəki rayonun Baş Göynük kənd sakiniyəm. 49 yaşım var. 5 mart 2009-cu ildən Şəki 19 N-li Zona TSEK 8/94 saylı müayinə əktına əsasən gözümün torlu qişasının qopması diaqnozu ilə I dərəcəli əllil olmuşam. Kənar qulluğa ehtiyacım olduğu üçün həyat yoldaşım daim məşğuldur. Öhdəmdə iki azyaşlı uşaq var ki. onlardan 2003-cü ildə anadan olan Əmrah da 2-ci qrup əlildir. Şəxsi avtomobilim, mobil telefonum, mal-qaram yoxdur. Evimdən 14 km uzaqlıqda yerləşən 0,98 ha torpaq sahəsində isə faktiki işləyə bilmirəm.Ümumiyyətlə, işləyə bilmirəm. Ailəmin dolanışığı dözülməzdir. 2013-cu ilin noyabrından 1 il müddətinə sosial müavinət verdilər. Sosial Təminat Nazirliyinin Şəki üzrə müdiri Elçin müəllim məni çox süründürdükdən sonra dedi ki, sənin torpağın olduğuna görə sosial müavinət verə bilmərik. Get işlə, qazan ailənə bax!

Axı mən 1-ci qrup əlil olduğuma görə necə torpağımı əkib-becərə bilərəm? Həyat yoldaşım da yalnız mənim və 2-ci qrup olan 11 yaşlı oğlum Əmrahın qulluğunda durur. Mən çox kasıbam. Həqiqətən ailəmin yaşaması üçün yavan çörəyə ehtiyacımız var. Eyni zamanda haqqı olduğum müavinəti almaq üçün kiməsə verməyə pulum da yoxdur. Odur ki, Sizdən xahiş edirəm, real vəziyyətimi nəzərə alaraq ailəmə ünvanlı sosial müavinətin verilməsi üçün yardım edəsiniz."

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.