Dəmirbankda Qarabağ əlilinin adına saxta krediti kim götürüb?

14-08-2015, 10:39           
Dəmirbankda Qarabağ əlilinin adına saxta krediti kim götürüb?
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Nərimanov rayon məhkəməsində Qarabağ əlilinin adına “DəmirBank” ASC Sumqayıt filialında olan saxta “ 50 min manat ” kredit ləğv edildi və filialın keşmiş müdiri Rahim Maqsudov dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bu barədə redaksiyamıza daxil olan informasiyaya əsasən 2-ci qrup Qarabağ müharibəsi əlili Rəşidov Azər Nəriman oğluna təsadüfən məlum olmuşdur ki, adına ”DəmirBank “ASC Sumqayıt filialında külli miqdarda kredit borcu vardır. Rəşidov A.N. bununla əlaqədar 05.02.2014-ci il tarixdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətinə ərizə ilə müraciət etmiş və ərizəyə cavab olaraq ona 05.02.2014-ci il tarixli 19-5/934 saylı mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış təqdim olunmuşdur. Reyestrdən çıxarışa əsasən ona məlum olmuşdur ki, adına “DəmirBank” ASC-də 25 dekabr 2007-ci il tarixdən 32440 manat kredit və 47942 manat faiz borcu vardır.

"GUNDEMİNFO"ya yazan Qarabağ əlili bildirir ki, bundan sonra Rəşidov A.N. “DəmirBank “ASC Sumqayıt filialından kreditin hansı müqaviləyə əsasən onun adına rəsmiləşdirilməsi,kim tərəfindən kreditin götürülməsi, əgər səhv məlumatdırsa dərhal adından silinməsi ,əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyi barədə sifarişli məktub göndərmişdi. Lakin onun məktubuna bankdan bu günədək heç bir cavab verilməmişdir. Rəşidov A.N. dəfələrlə”DəmirBank “ASC Sumqayıt filialından məktubuna cavab verilməsini istəsə də hec bir məlumat ala bilməyib.

Rəşidov A.N. Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək bu cinayət əməlinin araşdırılmasını xahiş etmişdir. Lakin 6 aydan artıq müddət keçməsinə baxmayaraq Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə baş idarəsində bu işin araşdırılması ilə bağlı heç bir nəticə olmamışdır. Pozulmuş hüquqlarımın bərpası üçün Rəşidov A.N. ” DəmirBank ” ASC-də adına olan “saxta” kredit borcunun silinməsi, bankdan ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir.

Nərimanov rayon məhkəməsi ədalətli qərar qəbul edərək Rəşidov A.N. adına olan saxta kredit müqaviləsinin etibarsız hesab edilməsi,ona dəymiş mənəvi zərərin ödənilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə tərəfindən “DəmirBank” ASC-nin Sumqayıt filialının sabiq müdiri Maqsudov Rahim Maqsudəli oğlunun əməllərində Cinayət Məcəlləsinin 178,3.2 , 308, 310 maddələrinin tərkibi olduğu üçün müvafiq araşdırmaların aparılması barədə Azərbaycan Respublikası Prokurorluğuna müraciət edilməsi barədə xüsusi qərardad qəbul edilmişdir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.