Məhkəmə bankirin qoluna qandal vurdu
14-08-2015, 11:20
Keçən günlərdə DİA.AZ olaraq bir şikayət məktubunu diqətinizə təqdim etmişdik. Və həmin müraciətdən aydın olurdu ki, 2-ci qrup Qarabağ müharibəsi əlili Rəşidov Azər Nəriman oğluna təsadüfən məlum olmuşdur ki, adına ”DəmirBank “ASC Sumqayıt filialında külli miqdarda kredit borcu vardır.
Dia.az bildirir ki, Rəşidov A.N. bununla əlaqədar 05.02.2014-ci il tarixdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətinə ərizə ilə müraciət etmiş və ərizəyə cavab olaraq ona 05.02.2014-ci il tarixli 19-5/934 saylı mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış təqdim olunmuşdur. Reyestrdən çıxarışa əsasən ona məlum olmuşdur ki, adına “DəmirBank” ASC-də 25 dekabr 2007-ci il tarixdən 32440 manat kredit və 47942 manat faiz borcu vardır.
Bundan sonra Rəşidov A.N. “DəmirBank “ASC Sumqayıt filialından kreditin hansı müqaviləyə əsasən onun adına rəsmiləşdirilməsi,kim tərəfindən kreditin götürülməsi, əgər səhv məlumatdırsa dərhal adından silinməsi ,əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyi barədə sifarişli məktub göndərmişdi. Lakin onun məktubuna bankdan bu günədək heç bir cavab verilməmişdir. Rəşidov A.N. dəfələrlə”DəmirBank “ASC Sumqayıt filialından məktubuna cavab verilməsini istəsə də hec bir məlumat ala bilməmişdir.
Rəşidov A.N. Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək bu cinayət əməlinin araşdırılmasını xahiş etmişdir. Lakin 6 aydan artıq müddət keçməsinə baxmayaraq Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə baş idarəsində bu işin araşdırılması ilə bağlı heç bir nəticə olmamışdır.
Pozulmuş hüquqlarımın bərpası üçün Rəşidov A.N. ” DəmirBank ” ASC-də adına olan “saxta” kredit borcunun silinməsi, bankdan ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir.
Nərimanov rayon məhkəməsi ədalətli qərar qəbul edərək Rəşidov A.N. adına olan saxta kredit müqaviləsinin etibarsız hesab edilməsi,ona dəymiş mənəvi zərərin ödənilməsi barədə qərar qəbul etmişdir.
Eyni zamanda məhkəmə tərəfindən “DəmirBank” ASC-nin Sumqayıt filialının sabiq müdiri Maqsudov Rahim Maqsudəli oğlunun əməllərində Cinayət Məcəlləsinin 178,3.2 , 308, 310 maddələrinin tərkibi olduğu üçün müvafiq araşdırmaların aparılması barədə Azərbaycan Respublikası Prokurorluğuna müraciət edilməsi barədə xüsusi qərardad qəbul edilmişdir.