İcra başçısı Qəbələdə heyvanlara asfalta çıxmaq qadağan edib

16-08-2015, 14:25           

Facebook istifadəçilərinin yazdıqları statuslardan aydın olur ki, Qəbələdə şuursuz inəklərbaşçının yolunun üstünə çıxırsa deməli o inəklərin sahibləri cəzalanmalıdırlar və yola çıxan inəklər ətliyə verilməlidir. Teref. info olaraq bu statusu sizlərə təqdim edirik:
Deməli, Qəbələ rayon Hənzəlli kəndinin sakinlərinin verdiyi məlumata görə, icra başçısı Səbuhi Məhəmməd oğlu Abdullayev yolda maşınının qarşısına çıxan inəyə yaman əsəbləşib. Axtarıb inəyin sahibini tapıb. İnəyin sahibi həmin kəndin yaşlı sakini olub. Icra basçisi sonra öz qoçularını göndərib ki, gedin inəkləri aparın, ətləri ilə cəzalandırın. Cəzalandırma anı qoçulara tabe olmaq istəməyən ev sahibi öz nəvələrini töküb küçəyə ki, inəkləri aparırsınızsa, uşaqları da aparın. Çünki bu uşaqlar həmin o inəklər sayəsində dolanır, çörək tapır. Bu sözdən sonra qoçular daha da qəzəblənib, ev sahibini və oğlunu aparıb salıblar içəri.
İndi də deyirlər ki, ərizə yaz, başçıdan üzr istə ki, hörmətli başçı, səndən dönə-dönə üzr istəyirəm və inəyim bir də yola çıxsa cəzasını özüm verəcəm.
Artıq şüursuz heyvanların hərəkətinə görə, insanlar cəzalanırsa, deməli, bu ölkədə heyvanla insana eyni münasibət göstərilir. (azad söz)
Qəbələdən aldığımız məlumata görə isə, həmən bu Həmzəlli kəndi dünya yaranandan maldarlıqla dolanıb., lakin indi həmin kəndin içində 65 hektar ərazidə atıcılq kompleksi düzəldilib və ora asfalt yol salınıb. Bu asfalt yola çıxmaq kəndin inəklərinə rəsmi,adamlarına qeyri rəsmi qadağa qoyulub
Qeyd etmək istəyirik ki, bu ili prezidentimiz kənd təsərüffatı ilə elan edib!
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.