"Yeni Yasamal” klinikasında qiymətlər “od tutub yanır”.
17-08-2015, 10:59

TİA.AZ gundelik-baku.com-a istinadən bildirir ki, sözügedən səhiyyə ocağında insanlar tibbi xidmət müqabilində yüksək məbləğdə pul ödəsələr də, bunun qarşılığında həkimlər tərəfindən yaxşı xidmət göstərilmir.
Daxil olan məlumatlarda vurğulanır ki, vətəndaşlar müayinə və həkim məsləhətləri üçün tələb olunan məbləğin həddən artıq yüksək olmasından şikayətlənirlər. Bundan başqa, həkimlərin firmalarla əlbir olub, faydası və zərəri haqqında məlumatı olub-olmadan, xəstələrə yazıb, pul qazanırlar.
Yəni firmalarla əlbir olub, müqavilə bağlayırlar. Həkimlərin xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi isə, deyilənləri sübuta yetirmiş olur. Bir sözlə, bu gün bir sıra özəl klinikalar kimi, “Yeni Yasamal” Tibb Mərkəzinin də ciddi araşdırılmaya ehtiyacı var.
Tibb Mərkəzində qiymətlərin həddindən artıq baha olması qeyd olunur. İlk olaraq qeyd edək ki, sözügedən tibb ocağında ümumi cərrahiyyə, qulaq-burun-boğaz, plastik cərrahiyyə, urologiya, kardiologiya, tibbi laboratoriya, ortopediya, travmatologiya, rentgenologiya, allerqologiya, dermatologiya, hematologiya, tibbi onkologiya, pulmonologiya və terapiya, ginekologiya, mamaçılıq, ultrasonoqrafiya, reanimasiya və intensiv terapiya, eyni zamanda təcili tibbi yardım və evdə tibbi xidmət, neonatologiya, uşaq xəstəlikləri və uşaq cərrahiyyəsi şöbələrinin fəaliyyət göstərdiyi deyilir.