Kəmaləddin Heydrov Vidadi İsayevə niyə qəzəblənib? İLGİNC
18-08-2015, 11:54
Azərbaycanda keçirilən mühim beynəlxalq yarışma ərəfəsində böyük uğurlara imza atmış fövləqadə hallar naziri Kəmaləddin Heydərov dəstək gözlədiyi kiçik məmurlardan bir neçəsinə qəzəblidir. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən I Avropa Oyunları ərəfsində təşkilatçılıq və idmançıların, həmçinin də qonaqların yerləşdirilməsi ilə bağlı icra başçılarından biri üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib.
Məlumatlara əsasən kuratorluq prinsipləri ilə cənab Kəmaləddin Heydərovun tapşırıqlarını yerinə yetirməli olan Bərdənin icra başçısı Vidadi İsayev Bakıda görünməyib. O müxtəlif yollarla rayonda əhali ilə görüşlərdə olduğunu bildirmiş və təşkilatçılıq işlərində yaxından iştirak etməyib. Məlumatlara əsasən Vidadi İsayev hətta oyunların bağlanış mərasimindən dərhal sonra rəsmi olaraq 20 günlük məzuniyyətə çıxsa da, 2 aya yaxındır ki, işə qayıtmayıb. Bildirilir ki, Bərdənin icra başçısı Monteneqroda dincəlir. O xaricdəki istirahətini başa vuraraq Azərbaycana qayıtsa da, hələ də gündəlik iş rejimində çalışmır.
Bərdədəki mənbələrdən daxil olan informasiyaya əsasən Kəmaləddin Heydərov V. İsayevin işi ilə bağlı yuxarılara heç də müsbət rəy verməyib. Olimpiya məşəlinin rayonlar üzrə hərəkət qrafiki ilə bağlı da Bərdədəki təşkilatçılıq gözlənilən səviyyədə olmayıb. Məhz bu məqam da cavabdeh adıçəkilən məmurun narazılığına səbəb olub.
Onu da əlavə edək ki, son günlər Bərdədə əhaliyə və hətta adları hələ ki, dəqiqləşdirdiyimiz həmkarlarımıza qarşı təzyiq göstərilməsi haqda informasiyalar yayılıb.