Abşeron icra hakimiyyəti Abşeronu mal tövləsinə çevirib - Habil vcə Sokrat qoçuları

19-08-2015, 12:20           
Abşeron rayonu, “Beynəlxaq qaraj” adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri mal-qara ilə birgə yaşamağa məhkum olunub.

Nəzərinizə çatdıraq ki, ərazidə 17 məcburi köçkün ailəsi var.

Habil və Sokrat adlı məcburi köçkünlər insanların məcburiyyətdən sığındığı qarajı belə onlara çox görür. Həmin şəxslər elə yaşadıqları binanın birinci mərtəbəsindəcə heyvandarlıqla məşğuldurlar.
Abşeron icra hakimiyyəti Abşeronu mal tövləsinə çevirib - Habil vcə Sokrat qoçuları
Belə ki, sovetlər dönəmində qaraj kimi istifadə edilən iki mərtəbəli binanın birinci mərtəbəsində mal-qara saxlayır, ikinci mərtəbədə isə digər ailələrlə birgə yaşayırlar.

Modern.az saytının redaksiyasına müraciət edən Kəlbəcər məcburi köçkünü Əli İsgəndərov antisanitar vəziyyətdə yaşamaqdan təngə gəldiklərini deyir: “Bu cür şəraitdə yaşamaq olmur. Uşaqlar həyətə düşə, oynaya bilmir. Yaydır, bu üfunətdə hər cür xəstəlik yarana bilər. Biz, uşaqlarımız nəfəs ala bilmirik. Heyvanın səsindən, iyindən evdə oturmaq olmur”.

Uşaqlar nəfəs ala bilməsə də Habil və Sokrat məşğuliyyət sahələrini genişləndirərək mal-qaranın sayını 20 başa çatdıra bilib.

Əli İsgəndərov deyir ki, Habil və Sokrat qonşuların etdiyi xahiş-minnətə də məhəl qoymur: “Onlar heç kimi vecinə almır. Dəfələrlə yola gətirməyə çalışmışıq. Onların cavabı “bizim malın altı sizin bir çoxunuzun evindən təmizdir” deyir. Müraciət etmədiyimiz qurum qalmayıb.

Abşeron rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsindən nümayəndələr gəlib “burda yaşamaq olmaz, heyvanları binadan çıxarın” deməklə kifayətləniblər, hansısa iş görməyiblər. Rəsmilər özləri iy-qoxudan mənzillərə yaxın dura bilməyiblər. Ümid bir Allaha qalıb”.

Bizsə ümid edirik ki, aidiyyatı qurumlar 4 ildir bu əziyyətlə yaşamağa məcbur olan məcburi köçkünlərin rahat nəfəs alması üçün zəzruri addımlar atacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.