Süleyman Mikayılov niyə prezidentin əmrini icra etmir - Bəzi binaların üzlükləri dəyişdirilməyib FOTOFAKT

20-08-2015, 00:43           
Süleyman Mikayılov niyə prezidentin əmrini icra etmir - Bəzi binaların üzlükləri dəyişdirilməyib FOTOFAKT
teref.aznun poçtuna gələn bu məktubla oxucuları tanış edirik.
Qaradağdan oxucumuz yazır:
Hörmətli Teref. Info o qədər insan ölümünə səbəb olan Nobel prospektində, Binəqədi rayonunda süni üzlüklərdən yanan binalarda insan faciələri deyəsən məmurlarımıza dərs olmadı. Hətta prezidentin əmri belə onlar üçün əməl olunması məcburu olan bir əmr deyil. Onlar prezidentin əmrini belə saymırlar. Bu məmurlardan biridə Qaradağ icra başçısı Süleyman Mikayılovdur. Sahil qəsəbəsində prezidentin məlum əmrindən sonra süni üzlüklərlə üzlənmiş binaların bəziləri sökülərək rəngləndi, bəzilərinə isə yeni üzlük çəkildi. Lakin şəkildə gördüyünüz binaların üzlükləri yerində qaldı. Onları dəyişmədilər. İcra hakimiyyətindəın soruşanda bizə cavab belə vermirlər. Lakin sakinlər qorxu içindədirlər. Sabah yeni bir faciəyə yol açacaq bu süni üzlükləri niyə dəyişmir Süleyman Mikayılov? Altı binadan ikisinin üzlüyü dəyişilib. Lakin dört binaya heç əl dəyilməyib. Xahiş edirik bunu saytınız vasitəsi ilə prezidentə çatdsırasınız..
teref.az olaraq bizdə şikayətrçinin təşvişinə şərikik.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.

Bu gördüyünüz iki bina süni üzlüklərdən canını qurtarıb.




Bu binalar isə necə süni üzlüklərlə üzlənmişdi elədə qalıb. İnsanlar qorxu içindədilər. Hər an faciə ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru