SENSASİYA!!! Bərdədə Zaur Bəylərov tüğyanı - Araşdırma - I hissə
20-08-2015, 01:31

İcra başçısının köməkçisi olarkən şikayətçilərdən belə 50 manat alan bu şəxs, indi İcra Hakimiyyətində şöbə müdiri postunu tutur
Bölgələrdə baş verən məmur özbaşınalıqları bitib tükənmir. Ölkə rəhbəri nə qədər xəbərdarlıq etsədə bəzi idarə rəhbərləri və “krişa”larına güvənən məmurlar, öz çirkin əməllərinə davam edirlər. İnsanların haqlı şəkildə nazirliklərə üz tutması bəzi məmurlarda qıcıq yaradır və bu zaman həmin kasıb təbəqəyə qarşı əzazil olurlar. Bərdə rayonunda baş verən qanunsuzluqlar və məmur özbaşınalıqları haqda . Bərdədə təkcə Vidadi İsayev problemi deyil, həmçinin onun sabiq köməkçisi, indi isə icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Zaur Bəylərovun yaratdığı dəhşətli vəziyyət də hakimdir.

Belə ki, bu məmur tutduğu bütün postlarda işləyərkən vətəndaşların da gününü qara edib. Həm də tək vətəndaşların yox. Məsələn o, icra başçısının köməkçisi işləyərkən həftənin bütün günü (icra başçısının işdə olub olmamasından asılı olmayaraq) işdə oturub, başçının xidməti telefonundan məmurlara zəng edərək, özü üçün pul tələb edirdi. Z.Bəylərov hətta icra başçısının qəbuluna gəlib, köməklik istəyən vətəndaşlardan da problemlərini həll edəcəyi adı ilə 50 manat pul tələb edib və bu fakt mətbuatda geniş şəkildə işıqlandırılıb.

Onu da bildirək ki, Z.Bəylərovla Vidadi İsayev arasında qəribə bir bağlantı var. Bu iki şəxs hələ Tərtərdən bir-birinə bağlı olublar. Belə ki, V.İsayev Tərtər icra başçısı olarkən Z.Bəylərov da bu rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Hal - hazırda Mənim Zaur Bəylərovda alınmamış 1700 manat pensiyam qalıb və onun geri qaytarılmasını tələb edirəm. Dəfələrlə bu haqda aidiyyatı qurumlara şikayət etsəkmdə, təəssüf ki, buna baxılmayıb. Çünki Zaur Bəylərovun qardaşı Tərtər rayon İcra hakimiyyəti başçısının 1-ci mavini işləyirdi və qardaşın himayə edirdi. Lakin Vidadi Bəylərov rayonda rüşvətxorluqla məşqul olduğundan və əhali ilə çox kobud rəhtar etdiyindən, eləcədə onun oğlunun avtoşluq edərək, bir nəfərin ölümünə səbəb olduğuna görədə çox haqlı olaraq işdən azad edilmişdir».

Amma nə qədər qəribə olsa da Vidadi İsayev Bərdə rayonuna təyinat aldıqdan sonra da bu dələduz məmura vəzifə verib və indi Zaur Bəylərov Tərtərdə yığdığı təcürbəni, Bərdədə ustalıqla həyata keçirir. İcra başçısı Vidadi İsayev Zaur Bəylərovun çirkin əməllərini ört-basdır etməyə müvəffəq olmuşdur. Vidadi müəllimin Bərdə rayonuna gəlişi sanki Zaur Bəylərova xoşbəxtlik gətirmişdir. Belə ki, Vidadi İsayev Bərdə rayonuna icra başçısı təyin olur-olmaz Zaur Bəylərovu əvvəlcə öz yanına köməkçi vəzifəsinə gətirib.


Bəylərovların tək Tərtərdəki evlərindən ikisi)
Amma nə fayda necə deyərlər “Köhnə hamam, köhnə tas”. Yəni Zaur Bəylərov burada da öz korrupsioner və rüşvətxor əməllərinə davam etməkdədir. Artıq Bərdə də rayon ictimaəti tərəfindən qınaq obyektinə çevrilən köməkçi çıxılmaz vəziyyətdədir. Dəfələrlə Vidadi İsayevə Zaur Bəylərovun çirkin əməlləri ilə bağlı rayon sakinləri tərəfindən müraciət olunmuşdur. Amma bütün bu müraciətlər cavabsız qalmış və icra başçısına güvənən məmur Bərdədə sağa da, sola da öz korrupsiya atını sürdürmüşdür. Bunun nəticəsi olaraq Zaur az müddətdə özünə dəbdəbəli ev, 3 ədəd xarici maşın, eləcə də maldarlıq ferması tikdirmişdir.
Bundan başqa, bahalı maşın həvəskarı olduğundan mütəmadi olaraq onları dəyişməklə məşğuldur. Həmçinin Bəylərov Tərtərdəki yaxın qohumlarını, yəni qardaşı oğlunu, qaynatası və qaynanasını Bərdəyə gətirərək, onların adlarını işçi kimi yazaraq, maaş almalarını təmin edib.

Qeyd edilir ki, Zaur Bəylərov bir müddət əvvəl oğlu avtoşluq edərkən qəzası törədərək, adam ölümünə səbəb olmuş Tərtərin keçiş icra başçısının müavini Vidadi Bəylərovun qardaşıdır. Tərtər ƏSMM-in direktor müavini işləyən zamandan Zaur Bəylərov bir sıra qanunsuzluqlara imza atmış, hətta hüquq mühafizə orqanları yoxlama aparsalar da, sonradan problem bir şəkildə çözülmüşdü.

Zaurun qaynatası, qaynanası da Bərdədə icra hakimiyyətində işləyirlər. Lakin onların adı rayonun bir neçə idarələrində gedir və yüksək əmək haqqı alırlar.

Zaur Bəylərov kimi fırıldaqçının nəyə görə Tərtərdən gəlib Bərdədə işləməsi, çox maraqlıdır. Onun Bərədədə işləməsi, elə bərdəlilərə bir hörmətsizlikdir. Birdəki Tərtərdə nə Zaur, nədə Vidadi Bəylərovun heç bir nufuzu yoxdur və olmayıb.

(Bərdəli qardaş artıq etirazını soyunmaqla bildirir)
Bildirək ki, tərtərlilər bu qardaşlardan yaxaların qurtardığına görə, çox sevinirlər. Bərdəlilər təbiətcə mülayim və qonaqpərvər insanlardır, buna görə də Zaurun hörmətsizliyinə göz yumurlar. Ancaq Bərdə İmam torpaqıdır, haramıq və haqsızlıq götürmür. Birdəki Müstəqil Azərbaycan Dövlətinə Zaur və Vidadi Bəylərov kimiləri heç vaxt xələl gətirə bilməz.
Nəzərinizə çatdıraq ki, Zaru Bəylərov haqqında yazdıqlarımız onların sadəcə, qısa bir hissəsidir. Əslində, bu adam haqqıda həqiqətlər tam yazılarsa, onun adının Qırmızı kitaba və ya «Ginnesin Rekordlar» kitabına düşəcəyinə qətiyyən şübhə edilməməlidir. Çünki keçmiş köməkçi, indiki şöbə müdirinin əməllərində o qədər əcaib, qəraib şeylər var ki, sadalamaqla bitməz.
Ardı var...
Demokratiya.info
P.S Qarşı tərəfin mövqeyini öyrəmək üçün Zaur Bəylərova məxsus olan 050 252 70 59 nömrəsinə dəfələrlə zəng etsəkdə, təəssüf ki, zənglərimizə cavab vermədi. Amma buna baxmayaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...