Bakıda Sevgililər günü “sürpriz”i – Qiymət bahalaşdı

7-02-2018, 10:57           
Bakıda Sevgililər günü “sürpriz”i – Qiymət bahalaşdı
Qarşıdan 14 fevral - Sevgililər günü gəlir. Bu gün Azərbaycanda yüksək səviyyədə qeyd edilməsə də, sevgililər bu tarixi xüsusi keçirməyi sevirlər. Bu səbəbdəndir ki, restoranlar sözügedən tarixdə müştəri çoxluğundan istifadə edərək qiymətləri yüksəldir.

Kult.az xəbər verir ki, Sevgililər gününə görə restoranlar artıq hazırlıqlara start veriblər.

Bakının məşhur “Oazis” restoranında adi günlərdə standart menyu 30 manat olsa da, Sevgililər günü həmin menyu bir nəfər üçün 50 manata qaldırılıb. Restorandan verilən məlumata görə, menyuda heç bir dəyişiklik yoxdur. Restoran ora təşrif buyuran sevgililərin özəl günü üçün xüsusi müğənnilər dəvət edib. Qiymətin yüksək olmasına səbəb də məhz bu olduğu deyilir.

“Lido” restoranında isə Sevgililər gününə 1 nəfər üçün masa sifarişi 100 manatdır. İki sevgilinin sözügedən restoranda əylənməsi üçün ən azı 200 manat tələb olunur. Menyu isə adi günlərdə olduğu kimi standartdır. Qiymətin həmin gün üçün yüksəldilməsinə səbəb isə son günlərin məşhur müğənnisi olan Damlanın dəvət edilməsidir.

Bakının məşhur “Şuşa” restoranında da vəziyyət təxminən eynidir. Adi günlərdə 20-30 manat arasında dəyişən menyu qiymətləri həmin gün üçün 50 manata yüksəldilib. Restorandan verilən məlumata görə, sözügedən tarixdə sevgililər üçün surpriz qonaqlar olacaq.

“Altun Saray” restoranında isə Sevgililər günü bir masanın qiyməti 70 manatdır. Menyuya restoranın adi günlərdə təqdim etdiyi nemətlər daxildir. Qiymət isə özəl günə görə bahalaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru