Bakıda tanınmış idmançının törətdiyi dəhşətli qəzanın baş vermə anı yayıldı-FOTO,VİDEO
23-08-2015, 19:59
O, hadisə yerində gözə dəyməyib
Bildiyiniz kimi ,avqustun 2-də Bakının Bilgəh-Nardaran yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 4 maşın toqquşub. Umudov Fəqan Haqverdi oğlunun idarə etdiyi “Land Rover” markalı 90-KX-010 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək, Hüseynov Ağababa Baba oğlunun sükan arxasında olduğu “Zaporojets” , Mövsümov Vahidin idarə etdiyi “Daeowo” və Qasımov İsgəndər Zabir oğlunun idarə etdiyi “Lexus” markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən “Zaporojets” markalı avtomobil alışıb. Ətrafdakıların köməyi ilə maşında olan 3 ağır yaralı sərnişin avtomobildən çıxarılıb. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər. Yanan maşından sürücü Hüseynov Ağababa Baba oğlunu çıxarmaq mümkün olmadığına görə əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Qafqaz Xəbər Agentliyi bildirir ki, Umudov Fəqan Haqverdi oğlu ölkəmizin tanınmış idmançısıdır. O, taekvondo üzrə beynəlxalq yarışların qalibi olub. Məlumatda o da vurğulanırdı ki, qəzanın səbəbkarı hadisə yerində gözə dəyməyib. Məlumata görə, qəzaya səbəb olan sürücü Fəqan Umudov hazırda Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.Bu gün isə redaksiyamıza həmin dəhşətli qəzanın baş vermə anını özündə əks etdirən videkadrlar daxil olub. Qafqaz Xəbər Agentliyi həmin videkadrları təqdim edir: