Biz bu çörəkləri yeyirik? - FOTOLAR

16-03-2018, 12:56           
Biz bu çörəkləri yeyirik? - FOTOLAR
Bakıda çörək daşıyan maşının fotosu müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, fotoqraf Rüstəm Fərmanın paylaşdığı fotoda minik maşınında aparılan çörəklərlə bağlı heç bir gigiyenik qaydalara əməl olunmadığı görünür.

Məsələ ilə bağlı "Nur" çörək zavodu ilə əlaqə saxladıq. Şirkətdən bildirilib ki, məhsullar havalandırma sistemi olan xüsusi maşınlarda aparılır:

“Sözügedən foto haqqında araşdırma apardıq. Məlum oldu ki, həmin maşın bizim zavoda aid deyil. Həmçinin daşınılan məhsullar da geri qaytarılan çörəklərdir. Biz onları fermalara göndəririk. Onlar satış üçün nəzərdə tutulmayıb”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru