Bakının duzlu – məzəli meri yolun sonuna çatdı (VİDEO)

26-03-2018, 20:51           

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezident seçkilərindən sonra postunu itirə bilər.

GunAz.org xəbər verir ki, prezidentliyə namizədlərin televiziya çıxışlarında Bakı merini tənqid etmələri Abutalıbovun vəzifə karyerasının tezliklə sona çatacağından xəbər verir.

Belə ki, prezidentliyə namizəd Hafiz Hacıyev Hacıbala Abutalıbovun oğlunun vəhabi təriqətinə qoşulmasını bir daha qabardaraq diqqətləri Bakı merinə çəkib.
[media=https://www.youtube.com/watch?v=s-KCN3QMpIw]
Son illər Hacıbala Abutalıbovun fəaliyyəti Milli Məclis səviyyəsində də dəfələrlə kəskin tənqid olunub.

Həmçinin, hazırkı Bakı merinin gördüyü işlər və məşhur açıqlamaları “Bakılı oğlanlar” komandası tərəfindən dəfələrlə məzxərəyə qoyulub.

Qeyd edək ki, Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunundan olan Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiridir.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.

1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti “Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında” Sərəncam imzalamışdır.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür, ailəlidir, iki oğlu var.
Bakının duzlu – məzəli meri yolun sonuna çatdı (VİDEO)















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.