Yasamalda əhali zibilin içində batıb gedir FOTO

4-09-2015, 20:18           


“Bu küçədə zibillik dağları yaranıb. Nə bələdiyyə, nə icra hakimiyyəti, nə də “JEK” maraqlanır. Günlərlə ərazi üfunət iyi verir, yaxınlığından keçmək olmur. Zibil qutuları qoyulmur ki, zibillikdən canımız qurtara”.

Bu sözləri Bakının Yasamal rayonu, II Alatava massivində yaşayanlar TİA.AZ-a məktubda yazıb. Onların sözlərinə görə, şikayət etməyin mənası qalmayıb. Dəfələrlə Yasamal rayon İcra Hakimiyyətinə müraciət edən sakinlərin problemi baxımsız qalıb. Qəsəbə camaatı məişət tullantıları üçün zibil qutuları qoyulmadığını, nəticədə natəmizlik hökm sürdüyünü, sahibsiz küçə itlərinin ərazidə məskən saldığını, siçovullar oylağına çevrildiyini qeyd edirlər. Sakinlər bu problemin tezliklə həllini xahiş edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru