Restoran müdiri İctimai Birliyinin sədrinin evinə hücum çəkdi – Nazirə müraciət

8-06-2018, 09:45           
Restoran müdiri İctimai Birliyinin sədrinin evinə hücum çəkdi – Nazirə müraciət
“Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu “Yuxa” restoranının sahibi Azər adlı şəxsin təzyiqinə məruz qalıb.

Bununla bağlı Mahmud Rasimoğlu daxili işlər naziri Ramil Usubova müraciət edib. Həmin müraciəti təqdim edirik:

“Hörmətli cənab nazir Ramil Usubov!

Məlumat üçün bildirirəm ki, mən “Qafqaz Region” İctimai Birliyinin sədri və “Qafqaz Xəbər Agentliyi” MMC-nin təsisçisiyəm.

Nəzərinizə çatdırım ki, bu gün ,“Qafqaz Xəbər Agentliyi”nin feysbuk səhifəsində başqa saytdan götürülmüş bir yazı paylaşılıb. Yazını paylaşandan sonra həmin yazıda adı gedən “Yuxa” restoranının sahibi Azər adlı şəxs yanında iki nəfərlə mənim yaşadığım ünvana gələrək evimin qapısını sındırıblar və nəticədə evdə olan azyaşlı uşaqlarım qorxub həyacan keçirmişlər.

Mən qapıya çıxanda bildim ki, gələn “Yuxa” restoranının sahibi Azər adlı şəxsdir. O, inadla mənə bildirdi ki, “sənin qapına gəlməyimizin səbəbi agentliyin səhifəsində məndən və restoranımdan yazdıqlarındır, sən onları silməlisən”. Mən ona izah etdim ki, buna görə mənim qapıma yox, məhkəməyə müraciət etmək lazımdır. Ancaq o, heç nə ilə hesablaşmadan binada səs-küy salıb asayişi pozdu. Hiddətlə mənə bildirdi ki, onun restoranı barədə olan yazı feysbuk səhifəsindən çıxarılmasa pis olacaq.

Cənab nazir!

Əgər gələcəkdə bu hadisə ilə bağlı böyük sarsıntı keçirən övladlarımın səhhətində hansısa problem yaranarsa mən bunda Azər adlı şəxsi günahkar biləcəm.

Hörmətli nazir, “Yuxa” restoranının sahibi Azər adlı şəxsin bərəsində qanuni tədbir görülməsinə göstəriş vermənizi Sizdən xahiş edirəm.

Hörmətlə, “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.