Məleykə Tağıyevanın rəhbərlik etdiyi 144 saylı uşaq bağçasındakı “ölü canlar”ın kimliyi bəlirlənib

18-09-2015, 22:28           
Məleykə Tağıyevanın rəhbərlik etdiyi 144 saylı uşaq bağçasındakı “ölü canlar”ın kimliyi bəlirlənib
Əlimizdə paytaxtın məktəbəqədər uşaq müəssisələrində reallaşdırılan korruptiv maxinasiyaları, mənimsəmələri tam sübuta yetirəcək qədər faktlar varİnkişaf etmiş ölkələrdə təhsilin ən əsas pilləsi ilkin olaraq məktəbəqədər təhsil müəssisəsi sayılır. Uşağın idrakı və təfəkkürü formalaşır, uşağın özünü aparması, müəyyən bilikləri, sanitariya-gigiyena qaydalarına əməl etməsi, pozitiv davranışlara əməl etməsi bu pillədə yaranır. Məktəbəqədər təhsil müsəssisələrinin təmiri, əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, ən önəmli məsələ, təlim və tərbiyə prosesinin düzgün təşkil olunmasıdır. Bu müəssisələri bir neçə il əvvəl Təhsil Nazirliyindən təhvil alan Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti strukturlarında təlim və tərbiyəni həyata keçə biləcək müxtəxəssis heyəti yox dərəcəsindədir. Yerli icra hakimiyyəti strukturlarının istər məktəbəqədər təhsil müəssisələri üçün kurrikulumun, tərbiyəçi müəllimlərin hazırlanması, təkmilləşməsi və onların yetişdirilməsi üçün ali məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi kimi mürəkkəb prosesləri həyat keçirmək imkanları yoxdur.
Gerçəklik bundan ibarətdir ki, məktəbəqədər müəssisələrdə sırf korrupsiya mühiti hökm sürür. Bu barədə 11.09.2015-ci il tarixdə saytımızda təqdim olunan “ŞƏHƏR MERİ ABUTALIBOV UŞAQ BAĞÇALARINDAKI YEYİNTİLƏRƏ NİYƏ GÖZ YUMUR?” sərlövhəli tənqidi məqalədə müfəssəl məlumat verilmişdir. Məqalədə adları çəkilən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindəki 144 saylı uşaq bağçasının müdiri Məleykə Tağıyevanın, İdarənin baş məsləhətçisi Tamella Alahverdiyevanın, İdarənin rəis əvəzi Eldar Yunusovun digər uşaq bağçaları və körpələr evləri rəhbərlərinə tətbiq etdikləri korrupsiya hüquqpozmalarını ifşa edən faktların sadalanması geniş oxucu marağına səbəb olmuşdur. TEREF.İNFO sonolay.coma istinadən yazır ki,oxucularımızın sırasına yeni qatılanları həmin məqalədədən altını cızdığımız bəzi sitatlara göz atmağa dəvət edirik: “Rəfiqələr müəssisə rəhbərləri barədə anonim məktublar hazırlayaraq şəhər ica hakimiyyətinə göndərirlər. Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsinin rəis əvəzi Eldar Yunusovla razılaşdırılmış şəkildə həyata keçirilən plana əsasən, bağça müdirələri guya məsələdən xəbəri olmayan Yunusovun kabinetində “məşhər ayağına” çəkilir. Sonra da bu zümrədə “mamoçka” ləqəbi ilə tanınan Tamella işə “xoşməramlı” müdaxilə edərək, vasitəçi rolunu təklif edir və işi əyilən bağça müdirinin məsələsini yoluna qoyur. Beləliklə, “torbası tikilən” müdirlərin boynuna hər kvartal üçün müəssisənin yerləşdiyi rayondan və uşaq sayından asılı olaraq haqq qoyulur…”
Bu məqalədə həmin korrupsioner qrupun əslində trio (üçlük) deyil, kvartet (dördlük) olduğuna dəlalət edən xüsusatlardan söz açırıq. Dördüncü persona isə Bakı ŞİH-nin Ticarət Departamentinin sədri Ramiz Hacıyevdir. Böyük ispan mütəfəkkiri Qrassianın “rəğbət doğuran işləri özün, ürək bulandıran işləri isə başqalarının əli ilə gör” tövsiyəsinə əməl edən Hacıyev indiyədək rəvac verdiyi qanunsuzluqlara baxmayaraq, ictimaiyyət arasında öz nüfuzunu qoruyub saxlamağı bacarsa da, “təmiz adına” görə əslində qabağa verdiyi müavini İntizam müəllimə və strukturda heç bir vəzifə daşımayan, amma çox geniş səlahiyyətlər verdiyi qudası Çiçək xanıma borcludur. Bağça müdirələrinin daha çox Çiçəkdən çəkinmələrinin əsas səbəbi də məhz onun kreslosunun olmamasıdır. Müdriklər də öz kəlamlarında məsləhət görüblər ki, itirəcəyi bir şeyi olmayan adamla cəng etməyə dəyməz.
Sonolay.org olaraq əlimizdə Məleykə Tağıyevanın rəhbərlik etdiyi 144 saylı uşaq bağçasında və başqa məktəbəqədər uşaq müəsisələrində reallaşdırılan korruptiv maxinasiyaları, mənimsəmələri sübuta yetirəcək qədər faktlar, Tağıyevanın bağçaya verilən ərzaq məhsullarını özünə yaxın ünvanıbəlli mənzillərə yığdıraraq sonradan marketlərdə satdırmasını təsdiqləyən audio-video qeydlər vardır. Bağçanın ştat cədvəlində adları gedə-gedə, işə çıxamayan, maaş kartları müdirənin seyfində olan şəxslərin də kimliyini öyrənmişik: İmran, Valiyə, Sevinc, Kübra…
Yaxşı olar ki, Baş Prokurorluq M. Tağıyevadan başlayaraq, uşaqların boğazına şərik çıxan bu mütəşəkkil cinayətkar qrupun üzvlərinin qanunazidd korrupsiya əməllərinin istintaqına start versin. Həm də istintaq hərəkətləri aparılarkən, korrupsionerlər tərəfindən hüquqları pozulmuş, amma etiraz etməıyə cəsarəti çatmış şəxslərin daha əvvəl prokurorluğa etdikləri, lakin hüquq müstəvisində müsbət həllini tapmamış şikayətlərin yenidən nəzərdən keçirilməsi məqsədəmüvafiq olardı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.