Təhsil nazirinə şikayət var: "Xocali məktəbinin müəllimlərinin əksər çoxlugu məktəb direktoru Eldəniz Məhərrəmovun daxili müqaviləsi ilə.."
4-08-2018, 22:57

Azərbaycan Repubilkasinin Təhsil Naziri Cənab Cehun Bayramova
Laçın Rayonundan məcburi köçkün Hal Hazirda Şəki Rayon Çələbixan Qəsəbəsində Müvəqəti Məskunlaşmiş İsmayilov Murad Kamal Oğlu Tərəfindən
ŞİKAYƏT
Cənab Nazir Yazib Sizə bildirirəm ki mən 2010 cu ildən Şəki Pedoqoji Kölecinin Gənclərin Cagrişa Qədər Hazirligi və Fiziki Tərbiyəsi,fakültəsini bitirsəmdə,düz səkkiz ildir ki,işsizəm. Cənab Nazir sizə məlum edim ki,yaşadigim Çələixan Qəsəbəsində üç tam orta məktəb fəaliyyət göstərir. Məktəblər Agdam Laçin və Xocali məktəbləridir. Cənab Nazir Xocali məktəbinin müəllimlərinin əksər çoxlugu məktəb direktoru Eldəniz Məhərrəmovun daxili müqaviləsi ilə. Şəki Şəhər və ya kənd məktəblərində işləyən müəllimlər idi. Xocali məktəbi Günortadan sonra dərsə başladigi üçün bu məktəb direktoru Eldəniz Məhərrəmova fürsətdir ki o asanliqla Şəki Məktəblərində işləyən müəllimləri daxili əmirlə müqavilə ilə ikinci iş yeri kimi günortadan sonra da,Xocali Rayon üç sayli məktəbə işə götürə bilsin çünki o bu əməlləri məktəb üçün yox maddi maragi üçün edir. Mən 2016 cı ildə Eldəniz Məhərrəmova yaxinlaşib bildirdim ki,sizin məktəbdə işləyən Hərbi Rəhbər Şəki Peşə Məktəbundə də idman rəhbəridir. Onun iş yeri var məni işə götür məndə işləyim. Öz məskünlaşdigim qəsəbədə iş ola ola mən niyə işsiz qalim. O mənə bildirdi ki onu mən işdən cixara bilmərəm mən bir ilə yaxindir direktor işinə düzəlmişəm. Onu mənən qabaxki direkdor işə götürüb. Cənab Nazir ancaq mənim Eldəniz müəllimə bu müraciətimdən biraz sonra Təhsildə yeni qanun tərtib edildi DİQ müsabiqəsi həmin müsabiqə zamani Xocali üç sayli Məktəbin Hərbi Rəhbəri Ehtibar Müəllim Öz birinci iş yerindən DİQ müsabiqəsinə qatildigi üçün o Xocali məktəbindən işdən Azad olundu. Mən çox sevindim ki,neçə ildir işsizəm mənə də qapi açildi Sevinərək Eldəniz Müəllimə müraciət etdim ki,məni Hərbi Rəhbər kimi işə götürsün. Ancaq sevincim çox çəkmədi Eldəniz Müəllim məni işə götürmədi Çünki o mənim İmkansiz oldugumu bilirdi onun maddi maragina uygun imkanim olmadigini bilirdi. Ancaq genə inanmazdim ki,Eldəniz müəllim iş yerini xəraca qoyub sata. O həmin Hərbi Rəhbər yerini Qəsəbəmizdən 15 km ir uzaqdan bir nəfərə satdi. Mən isə işsiz qaldim mən hər bir vətəndaşin eyni hüqüqlu oldugunu bilirəm ancaq mənim rüşbətim olmadigi üçün məcburi köçkün oldugum üçün mən Eldəniz kimilərinin gözündə ikinci sinif vətəndaşam. Əgər belə olmasa idi məni işə götürərdi Cənab Nazir məndə vətəndaşam məndə ailə uşaq sahibiyəm mənimdə işləmək hüququm var. Ancaq dəfələrlə Təhsil Nazirliyinə müraciət etsəndə mənə gələn Cavab budur ki,Hərbi Rəhbəri işə Rayon Təhsil Şöbəsi Hərbi Komisarliq və Məktəb direktorunun birlikdə qərari ilə işə götürülür. Məndə Sizə bildirirəm ki,nə Xocali Təhsil Şöbəsi nə də Hərbi Komisri Şəki sakinini tanimirdi bunu Eldəniz rüşbət qarşiliginda işə götürüb. Mən Eldənizin bu qərarinan sizə şikayət edirəm. Və inaniram ki,bu haqsizliga son qoyasiz Şəkidə 100 lərcə məktəb var Şəki sakini oz məktəblərində iş tapacaq amma mənim rayonumu erməni işgal edib məskünlaşdigim qəsəbədə bir iş yeri var idi onuda məktəb direktoru satdi. Mən sizdən bu məsələni araşdirilmasina göstəriş verilməsini xaiş edirəm.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlnadırmağa hazırıq!
Teref.az