Komitə sədrinin qardaşına seçiciləri ultimatum yolladı - "Dəfələrlə Milli Məclisə getmişik"...
22-09-2015, 22:34
Cəlilabad sakinləri GUNDEMİNFO.AZ-ın redaksiyasına müraciət ünvanlayaraq illərlə üzünü görə bilmədikləri deputatları olan Malik Həsənovu axtardıqlarını bildiriblər. Sakinlər müraciətlərində bildirirlər ki, onlar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri olan Kərəm Həsənovun qardaşı Malik Həsənovu axtarırlar. Buna səbəb illərlə yığılıb qalmış problemlərini həll etmək üçün onlara dəstək verməmələrindən narahatdırlar. Sakinlər deputatlarına ultimatum da yollayıblar:
«Dəfələrlə Milli Məclisə getmişik. Dəfələrlə Malik Həsənova əmlak, torpaq, təsərrüfatla bağlı olaraq problemlərimizi demək üçün yollanmışıq. Amma bir dəfə də olsun onu tapa bilməməişik. İndi deyirlər ki, səs versəniz də, verməsəniz də onsuz da Malik Həsənov yenə mandatını alacaq. Bu necə olur axı. Yenə gəlib bizim adımızdan mandat alıb gedib öz şəxsi işləri ilə məşğul olacaq. Ona görə də biz istəiyirik ki, Malik Həsənov gəlib hesabat versin bizim qarşımızda. Görək indiyə qədər o hardaydı».
Onu da əlavə edək ki, hələlik adlarının çəkilməsini istəməyən sakinlər hakim Yeni Azərbaycan Partiyasına da müraciət ünvanlayıblar. Yaxın günlərdə Cəlilabaddan olan seçicilərin müraciətləri ilə bağlı olaraq detallı məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.