Əhəd Abıyevin prokuror dostu namizəd oldu

23-09-2015, 21:43           
Əhəd Abıyevin prokuror dostu namizəd oldu
Azərbaycanda prokurorluq işçisi Milli Məclis üzvlüyünə namizədliyini irəli sürüb.

teref.az "Report”a istinadən xəbər verir ki,Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov öz təşəbbüsü ilə 70 saylı Masallı Şəhər Seçki Dairəsinin namizədi olub. Onun deputatlığa namizədliyi qeydə alınıb.

teref.az xəbər verir ki, Ədalət Həşimov bir neçə ilə bundan əvvəl Masallının sabiq icra başçısı, hazırda Astarada icra başçısı olan Qəzənfər Ağayevin həbs etdirdiyi rayonun mərkəzi bazarının müdiri Çingiz Həşimovla əmi oğludurlar. Yada salaq ki, həmin vaxtlar deputat olan Daşkəsənin indiki icra başçısı Əhəd Abıyev Çingiz Həşimov və oğlu Yavər Həşimovun Qəzənfər Ağayev tərəfindən həbs etdirilməsinə kəskin reaksiya verərək, hakimiyyətdəki bəzi yüksək çinli məmurları da ittiham eləmişdi. O zaman Ədalət Həşimov haqda da danışan Əhəd Abıyev "həbs olunan iş adamının əmisi oğlu Ədalət Həşimov Respublika Prokurorluğunda məsul vəzifədə işləyir. Onun yanında oldum və bilmək istədim ki, Çingiz Həşimovun işi barədə nə dərəcədə məlumatlıdır, nə edə bilər. Ədalət Həşimov mənə dedi ki, onu otaqdan bayıra çıxmağa qoymurlar, nəsə edə bilmir" , - deyə, bildirib. İndisə Əhəd Abıyevin yaxın dostu Masallıdan deputat seçilməyə iddialı duruma gəlib...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.