"Faiq Hüseynovun qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun himayəsində yaxın qohumları və dostları ilə əlbir olub dövlətin büdcəsini talan" - "Azərsu" sədri və qardaşından prezidentə şikayət olundu....

29-08-2018, 12:26           
"Faiq Hüseynovun qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun himayəsində yaxın qohumları və dostları ilə əlbir olub dövlətin büdcəsini talan" - "Azərsu" sədri və qardaşından prezidentə şikayət olundu....
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan İsmayılov Elnur Mənsur oğlu tərəfindən

Ş İ K A Y Ə T
Cənab Prezident və hörmətli Zakir müəllim!
Bir Azərbaycan vətəndaşı olaraq Sizə təkrar-təkrar müraciətlərimin səbəbi qarşılaşdığım haqsızlıqlar və dövlətin büdcəsində talan olunmuş 20.000.000 (iyirmi milyon) vəsaitin araşdırılmamasıdır. Baş Prokurorluğa ünvanladığım müraciətlər Dövlət Neft Şirkətinə göndərilir. Oradan isə faktlarla təsdiq olunmuş başqa-başqa 300-dən çox müraciətimin hamısına Hüquq Departamentinin rəisi Eldar Orucov eyni cavabları vermişdir. Sonuncu cavabı isə 27.08.2018-ci ildə Baş Prokurorluğun idarə rəisinin müavini Müşfiq Səfərov vermişdir. Müşfiq Səfərovun 05/14143-16 №-li məktubu ünvanıma 27.08.2018-ci ildə çatsa da məktubun nömrə olan hissəsində tarix 22.06.2018-ci il göstərilmişdir. Cavab məktubunda qeyd olunur ki, Faiq Hüseynov tərəfindən ölümlə hədələnməyimiz və digər qanunsuzluqlar barədə müraciətimə Respublika Baş Prokurorluğunda baxılmış, 12-ci Polis Bölməsində araşdırma aparılıb, əməldə cinayət tərkibi olmadığından 22.10.2016-cı ildə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Sabunçu rayon Prokurorluğu tərəfindən 01.02.2017-ci ildə ləğv edilərək əlavə araşdırma üçün 12-ci Polis Bölməsinə göndərilmişdir. 15.02.2018-ci ildə yenə də əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
Qeyd edim ki, sözü gedən qərarların heç biri ilə tanış deyiləm, ünvanıma göndərilməmişdir. Cavab məktubundan da görüldüyü kimi həmin qərarlarda 20.000.000-dan (iyirmi milyondan) dövlət əmlakının talan olunmasını təsdiqləyən təkzibolunmaz faktların və Faiq Hüseynovun qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun himayəsində yaxın qohumları və dostları ilə əlbir olub dövlətin büdcəsini talan etmə əməllərinin heç biri araşdırılmamışdır və bu gün də dövlətimizə qarşı öz talançılıq əməllərini dolayısı yollarla davam etdirirlər.
Odur ki, əvvəlki müraciətlərimi və hazırki müraciətimi nəzarətə götürüb iştirakımla araşdırılmasına, Faiq Hüseynova qarşı tədbirlər görülməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Bildirirəm ki, mən ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı - Geofizika və Geologiya idarəsinin rəis müavini işləyən Faiq Hüseynov tərəfindən qanunsuz olaraq “ştat ixtisarı” adı altında işdən azad olunmuşam. Mənim işdən çıxarılmağıma əsil səbəb o olmuşdur ki, mən Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması barədə onun özünə bildirdiyim üçün, o, mənim “ağzımı yummaq” və idarədən bir dəfəlik uzaqlaşdırmaq üçün asan yol seçərək “ştat ixtisarı” bəhanəsi ilə məni qanunsuz yolla işdən çıxarmışdır. Baxmayaraq ki, mən ali təhsilli mütəxəssisəm, məcburi köçkün statusum vardır, biri anadangəlmə qüsurlu olan 2 azyaşlı uşağım var, ailədə işləyən təkcə mənəm.
Məni “ixtisara” salan Faiq Hüseynov özü və “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən 10 nəfər qohumları, qapısını tanımadıqları “Təfəkkür” Universitetinin “optom” əldə etdikləri diplomları ilə istənilən vəzifəyə uyğunlaşdırılıb dövlətin əmlakını talamaqda davam edirlər.
Belə ki, Faiq Hüseynov qohumları-dostları vasitəsi ilə GGİ-dən ümumilikdə tender yolu ilə satınalmaları həyata keçirərkən, 20.000 000 (iyirmi milyon) manat məbləğindən çox qiymətləndirilən vəsaiti talayıb öz mənafeləri üçün istifadə etmişlər: Bakı şəhərində 25-dən çox obyektlər (hamamlar, kafe-restoranlar, mebel mağazaları, apteklər və digər özəl tibb müəssisələri və s.) inşa etdirib dost-qohumlamın adma sənədləşdirib icarəyə vermişdir. Bir sıra obyektləri isə qardaşı Qorxmaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-nə icarəyə vermişdir. Həmin obyektləri Faiq Hüseynov vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi pulların hesabına inşa etdirmişdir. Göstərdiklərim mənim iştirakımla araşdırılarsa sübuta yetirərəm.
Mən tutduğum vəzifədən qanunsuz olaraq çıxarılmağım və bunun əsil səbəbi barədə müvafiq orqanlara məlumat vermiş olsam da mənim işə qaytarılmağım və Faiq Hüseynov barəsində heç bir tədbir görülməmişdir.
Aşağıda adını sadalayacağım idarəyə lazım olan avadanlıq və materialların yüksək keyfiyyətli, zavod istehsalı və münasib qiymətə olmasını F.C.Hüseynova bildirməmə baxmayaraq F.C.Hüseynov özünün təşkil etdirdiyi ASTRA MMC və digər aralıq müəssisələr vasitəsilə qiymətlərin dəfələrlə şişirdilməsi yolu ilə, kustar üsulla hazırlanmış və Çin istehsalı olan malları almışdır ki, bu hallara da öz etirazımı bildirmişəm. Bu malların bir hissəsini adları, alınma tarixləri, qaimə nömrələri, alış qiymətləri və real qiymətləri ilə cədvəl formasında sizə təqdim edirəm.

№ Qaimə №-si və tarixi Avadanlıq və məhsulun adı Sayı Fakt alış qiyməti Real təklif qiyməti Yaranan fərq
1 041243
10.2010 Aries ram yaddaş qurğusu 126 əd 1.188.432azn 630.000azn 558.432azn
2 117556
23.02.2011 P/N060000-04 səyyari qazma qarğusu 4 əd 154.800azn 40.000azn 114.800azn
3 489671
24.08.2011 1. Kod167271000 2 xətti modul aunit
2.Kod09011563540 kabel a/d unit qcmpstd
3. Chekmate geofon
4. DT-HP104 Geofon strinqi 167əd


677 əd

4 əd

500 əd 1.025.046azn


1.056.528azn

61.016azn

126.000azn 324.147azn


334.167azn

17.876azn

60.000azn 700.899azn


722.361azn

43.140azn

66.000azn
4 041336
11.2011 Aram Aries ram yaddaş qurğusu 30 əd 580.500azn 150.000azn 430.500azn
5 490634
20.07.2012 PGCN konvertional model 6 əd 91.500azn 25.200azn 66.300azn
6 917049
01.10.2013 1.Aries 8x55MTZ dənizdibi telemetrik kabel
2.Aramaries 500mtz xətarası birləşdirici kabel 65 əd


8 əd 452.075azn


51.184azn 91.000azn


14.400azn 361.075azn


36.784azn
7 491640
19.04.2013 ASSYPELT Vipro kabeli 3 əd 10.008azn 2.400azn 7.608azn
8 491641
19.04.2013 PeltonVİB PRO Encoder sistembloku 3 əd 185.334azn 30.000azn 155.334azn
9 616704
17.05.2013 1.BL-3 xət birləşdirici blok
2.Qida modulu
3.12 kanallı telemetrik kabel 2 əd

2 əd
15 əd 11.542azn

8.376azn
231.375azn 2.200azn

1.400azn
37.500azn 9.342azn

6.976azn
193.875azn
10 31.05.2013 SPW proqram kompleksi SPV3
2.SPV proqram kompleksi SPV2-nin SPV3-ə yenilənməsi 2 əd

2 əd 225.846azn

112.812azn 60.000azn

20.000azn 165.845azn

92.812azn
11 616905
13.08.2013 Transponder akustik sistem üçün 70 əd 146.230azn 24.500azn 121.730azn
12 616954
13.08.2013 1.Aram Aries sürət modulu
2.Aram Aries ram
3.Aries Marine Kase-dəniz blok
4. Aram Aies RTU xətbirləşdirici
5.Aries Marine CASE üz qapağı 1 əd

65 əd
105 əd

6 əd

10 əd
7.773azn

1.235.325azn
436.800azn

188.142azn

47.160azn
2.400azn

325.000azn
126.000azn

60.000azn

11.000azn
5.373azn

910.325azn
310.800azn

128.142azn

36.160azn

13 616955
13.08.2013 1.Aram Aries litium akumlyator
2.Aram Aries ram qutusunun üst qapağı P/M SEL 80 əd

40 əd

155.040azn

156.120azn
44.000azn

34.000azn
111.040azn

122.120azn


14 616957
13.08.2013 Aram Aries Seysmostansiya UPS qida bloku 1 əd 24.806azn 4.000azn 20.806azn
15 617145
06.11.2013 Hidrofon 10 əd 14.700azn 4.500azn 10.210azn
16 617152
11.11.2013 Avtomat Siemens 3 əd 972.0 azn 150.0azn 822.0azn
17 617156
21.11.2013 Yol kənarı lövhə 2 əd 960.0azn 160.0azn 800.0azn
9.084.430,0azn 2.476.000,0azn 6.608.430azn

Cədvəldən göründüyü kimi seçmə üsulu ilə cəmi 17 qaimə ilə süni qiymət artırması vasitəsi ilə 6.608.430 (altı milyon altı yüz səkkiz min dörd yüz otuz) manat dövlət vəsaiti mənimsənilmişdir.
Qeyd edirəm ki, bu siyahı seçmə üsulu ilə və mümkün informasiyaya görə tərtib edilmişdir. Və bu məbləğin on dəfələrlə çox olması şübhəsizdir.
Bununla yanaşı F.C.Hüseynov idarənin balansında olan irihəcmli gəmilərin komplektinə daxil olan geofiziki tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş, eni 2,4 metr, uzunluğu 6,8 metr təqribi ölçülərdə Volvopenta tipli stasionar mühərriklə təchiz olunmuş qayığı öz adına FHN-də sənədləşdirib oğlu Fərhadın adını isə qayığa vermişdir. Sonradan isə həmin idarədən oğurlanmış qayığı Musayev Niaməddinin adı ilə fiziki şəxs kimi aylıq 15.000 (on beş min) manat qarşılığında GGİ-yə icarəyə vermişdi. Halbuki həmin dövrdə Musayev Niyaməddinin nə mülkiyyətində, nə də icarəsində heç bir qayıq olmamışdır.
GGİ-nin tabeçiliyində 3 idarə və bir elmi tədqiqat institutu olub. Göstərdiklərim tək kəşfiyyat Geofizika İdarəsində baş verən qanunsuzluqlar və korrupsiya faktlarıdır. Qalan müəssisələrdə şəffaf yoxlamalar aparılarsa Faiq Hüseynov tərəfindən talan olunmuş yüz milyonlarla dövlət vəsaitini büdcəyə qaytarmaq mümkündür.
Bütün bu faktları Faiq Hüseynov Vaqif Abdullayevi qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vasitəsilə rəis təyin etdirdikdən sonra həyata keçirmişdir. Vaqif Abdullayev GGİ-dən təqaüdə göndərildikdən sonra bütün çirkli işləri gizlətdiyinə görə “Azərsu” ASC-də Qorxmaz Hüseynov tərəfindən yüksək vəzifəyə təyin edilmişdir. Faiq Hüseynov GGİ-də keçirilən tenderlərə indi də dolayı yollarla sahiblik edir. Bu günədək nə mənim qanunsuz işdən çıxarılmağıma, nə də dövlətin büdcəsindən oğurlanan milyonların qaytarılması üçün heç bir addım atılmamışdır.
Odur ki, əvvəlki müraciətlərimin və hazırki müraciətimin iştirakımla araşdırılması və Faiq Hüseynova qarşı tədbir görülməsi üçün aidiyyatlı orqanlara tapşırıq verməyinizi sizdən xahiş edirəm.

İmza: İsmayılov Elnur
28.08.2018-ci il












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.